İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istəyirdilər - Tutuldular - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Adalet.az xəbər verir ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikdə 22 kiloqram 540 qram marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər İrandan Füzuli rayonuna pilotsuz uçuş aparatı vasitəsilə göndərilən narkotik vasitələri əldə edərək paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı və onların qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
Sabunçu RPİ əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Valid Qurbanov Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb. Ondan 7 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Sabunçu RPİ əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 281 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Digər Xəbərlər
09 Avqust 2026 00:05
Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
07 Avqust 2026 18:01
KMBİ əməliyyat keçirdi - VİDEO
07 Avqust 2026 17:22
Lənkəranda bankomat fırıldağı: 7 nəfərin pulunu oğurlayan şəxs saxlanıldı
07 Avqust 2026 12:18
Bir gündə 55 cinayət açıldı
07 Avqust 2026 12:06
1 tondan artıq çətənə kolu məhv edildi
06 Avqust 2026 19:33
Yeniyetmənin “iPhone”unu əlindən alıb 20 Yanvarda satdı - Video
06 Avqust 2026 09:47
Gəncədə restoran qarşısında kütləvi dava: 1 nəfər öldü, 3 nəfər yaralandı
05 Avqust 2026 14:13


Bakı -°C

