Dənizdə boğulma halları niyə artır? - VİDEO
Xəzər dənizində suyun səviyyəsinin azalması boğulma riskini artırır. Çünki su çəkildikcə hövzənin dib quruluşu dəyişir.
Adalet.az Xəzər TV-yə istinadən bildirir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, dənizin səviyyəsinin azalması suyun temperaturuna da təsirsiz ötüşmür.
Onun sözlərinə görə, suyun temperaturunda kəskin dəyişikliklər dənizdə təhlükəsizlik baxımından nəzərə alınmalı amillərdəndir.
Mütəxəssislər qeyd edirlər ki, Xəzərdə suyun səviyyəsinin azalması nəticəsində əvvəllər su altında qalan bəzi sahələrdə çökəkliklər və digər təhlükəli ərazilər yaranır. Bu isə xüsusilə suyun dərinliyini düzgün qiymətləndirə bilməyən şəxslər üçün risk yaradır.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.
Qeyd edək ki, bu il Azərbaycanda çimərlik mövsümü başlayandan qeyri-çimərlik ərazilərdə suda batan 40-dan çox şəxsin meyiti aşkarlanıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Digər Xəbərlər
10 Sentyabr 2026 19:21
Şəmkirdə istixanada YANĞIN - VİDEO
10 Sentyabr 2026 17:03
İmişlidə erkən nikahın qarşısı ALINDI
10 Sentyabr 2026 13:56
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
10 Sentyabr 2026 10:43
Xəzərdə zəlzələ oldu
10 Sentyabr 2026 10:01
Qaxda qəza, sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı - VİDEO
10 Sentyabr 2026 09:33
“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı - Qəzanın səbəbi açıqlandı
10 Sentyabr 2026 09:30
Şəkidə gənclər bədbəxt hadisədən öncə bu sənədi İMZALAYIBLAR
10 Sentyabr 2026 09:28


Bakı -°C

