adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 16:35
74
DÜNYA
A- A+

"Rusiya Gürcüstanın 20%-ni işğal edib" - Kobaxidze

"Gürcüstan ərazisini işğal edən yeganə dövlət və tərəf, təbii ki, Rusiya Federasiyasıdır. Bu, çox sadə bir faktdır".

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. 

"İşğalla bağlı hər şey tamamilə aydındır. Bu barədə çoxsaylı açıqlamalar verilib və məsələ artıq əlavə aydınlaşdırmaya ehtiyac duymur. Əlbəttə ki, Rusiya Federasiyası Gürcüstan ərazisinin 20%-ni işğal edib ki, bu da Gürcüstan dövlətinə və xalqımıza qarşı cinayətdir", - deyə Kobaxidze ifadə edib.