“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir”
“Balakən rayonunda baş vermiş və dörd nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl etmək şəxsi seçim deyil, hər bir hərəkət iştirakçısının üzərinə düşən hüquqi və mənəvi məsuliyyətdir”.
Adalet.az xəbər verir ki, bu fikirləri Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.
“Təəssüf ki, bəzi sürücülər təhlükəli sürəti, riskli ötməni və digər qayda pozuntularını yalnız özlərinə aid qərar kimi qəbul edir, bununla yaratdıqları təhlükənin miqyasını nəzərə almırlar. Halbuki ümumi istifadədə olan yollarda verilən yanlış qərarın nəticəsi heç vaxt yalnız həmin sürücü ilə məhdudlaşmır. Bir sürücünün məsuliyyətsiz davranışı qaydalara riayət edərək öz yolu ilə hərəkət edən insanların həyat və sağlamlığını da təhlükə altına qoyur.
Yol hərəkətində hər bir sürücü öz davranışının mümkün nəticələrini nəzərə almalı, digər insanların həyat və sağlamlığına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidir”, - deyə R.Tağıyev vurğulayıb.
Digər Xəbərlər
11 Avqust 2026 15:07
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
11 Avqust 2026 12:36
DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq
11 Avqust 2026 12:22
Hava ilə bağlı son məlumat açıqlandı
11 Avqust 2026 12:09


Bakı -°C

