adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 10:25
52
İQTİSADİYYAT
A- A+

“11 il oxuyub, siz illərlə onun təhsilinə vaxt, pul və zəhmət sərf etmisiniz...”

“DİM-də ixtisas seçimi başladı. Deyirlər ki, insanın həyatında ən vacib seçim ixtisas seçimi və həyat yoldaşı seçimidir. Bu seçimlərdə verilən yanlış qərar insanlara baha başa gəlir. Mövzumuz ixtisas seçimi haqqındadır.Valideynlər bu məsələdə sadəcə uşağın topladığı bala uyğun ixtisas axtarmamalıdır. Təəssüf ki, çox vaxt seçim yalnız əvvəlki illərin keçid ballarına baxılaraq edilir. Halbuki keçid balı heç də həmişə universitetin ümumi səviyyəsini və həmin universitetin konkret bir ixtisas üzrə gücünü tam göstərmir”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, məsələn, eyni ixtisas üzrə bir universitetdə keçid balı 500-550-dən yuxarı, başqa universitetdə isə təxminən 400-450 ola bilər:

“Amma əmək bazarında işəgötürənlər ikinci universitetin həmin ixtisas üzrə məzunlarına daha çox üstünlük verə bilirlər. Çünki bilirlər ki, məhz həmin universitet bu sahə üzrə daha yaxşı kadr hazırlayır.Yəni, hansısa bir universitet ümumilikdə güclü ola bilər, amma orada bütün ixtisaslar eyni səviyyədə deyil. Ona görə də ixtisas seçərkən keçid balından başqa daha 3 məsələyə birlikdə baxmaq lazımdır.

1.Həmin universitetin konkret ixtisas üzrə real tədris səviyyəsinə.

2. Əmək bazarında həmin məzunlara olan tələbə.

3. 15-20 il sonra bu ixtisasın əmək bazarında çəkisinə.

Odur ki, ixtisas seçimi sadəcə jurnalı qabağa qoyub uşağın balına uyğun kodları yuxarıdan aşağı düzmək deyil. Bunu etmək üçün heç ekspert olmağa ehtiyac da yoxdur. Əsas məsələ kodu yazmaq yox, hansı kodu niyə yazdığını bilməkdir. Çünki, bu günki abituriyent kariyera zirvəsində 15-20 il sonra olacaq. Ona görə də kodlaşdırma edən şəxs əmək bazarının il sonrakı vəziyyəti haqqında viziona sahib olmalıdır. Əlqərəz, övladınız 11 il oxuyub, siz illərlə onun təhsilinə vaxt, pul və zəhmət sərf etmisiniz. Son mərhələdə verilən yanlış qərar bütün bu zəhmətin nəticəsini ciddi şəkildə zəiflədə bilər”.

Vasif ƏLİHÜSEYN