Bakıda avtomobil salonu yandı - VİDEO
Bakının Xətai rayonunda, Babək prospektində yerləşən avtomobil salonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kvadratmetr olan, avtomobil salonu kimi fəaliyyət göstərən üçmərtəbəli obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektin ofis otağında başlayan yanğının genişlənməsinin, eləcə də alovun salonda olan avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 15 kvadratmetr olan otağın yanar konstruksiyaları yanıb. Salonda yerləşən "BMW" markalı minik avtomobilinin arxa bamperi və işığı isə istilik təsirindən deformasiyaya uğrayıb.
Obyektin böyük hissəsi və salonda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
Digər Xəbərlər
10 Sentyabr 2026 19:21
Şəmkirdə istixanada YANĞIN - VİDEO
10 Sentyabr 2026 17:03
İmişlidə erkən nikahın qarşısı ALINDI
10 Sentyabr 2026 13:56
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
10 Sentyabr 2026 10:43
Xəzərdə zəlzələ oldu
10 Sentyabr 2026 10:01
Qaxda qəza, sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı - VİDEO
10 Sentyabr 2026 09:33
“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı - Qəzanın səbəbi açıqlandı
10 Sentyabr 2026 09:30
Şəkidə gənclər bədbəxt hadisədən öncə bu sənədi İMZALAYIBLAR
10 Sentyabr 2026 09:28


Bakı -°C

