SON DƏQİQƏ:

Kəlağayı: gözəlliyin özü, ismətin sinonimi...

  68313   |  
Şriftin ölçüsü  

Gözümü açandan evimizdə kəlağayı görmüşəm, ağğappaq, bənövşəyi yelənli, ipək kimi yupyumşaq...

Evdə yaylıq da vardı, qıyğac da vardı, qalın, yun şal da vardı. Amma heç biri kəlağayı qədər qadına məlahət, zəriflik, gözəllik vermirdi, heç biri qadını kəlağayı qədər utancaq, məsum, xanım –xatın göstərmirdi. Rayonumuz pambıqçılıq üzrə ixtisaslaşdırılmışdı və biz məktəblilər hələ 6-cı sinifdə oxuyanda pambıq yığımına cəlb olunurduq. O zaman rayon "aktivləri” pambıq yığımını izləməyə gələrdi. Onların arasında bəzən 2, bəzəndə 3 qadın olardı. Birini dəqiq tanıyırdım: kolxozumuzun sədri Xuraman Abbasova! Amma digər iki nəfərin nə adını bilirdim, nə də nə işlə məşğul olduğunu. Amma tanımadığım o iki qadından birini görəndə pambıq yığdığımı unudub, gözümü ona zilləyirdim. Ağ bənizli, xurmayı saçlı gənc qadın xırda –çəhrayı rəngli ağğappaq don geyinərdi. Üzərində isə ağğappaq, kənarları bənövşəyi butalı kəlağayı olardı. Qadın o qədər ecazkar, o qədər doğma gğrünürdü ki, hesab edirdim ki, məndən başqa da onu diqqətlə süzən şagirdlər var. O zərif və gənc qadın kəlağayısının ucların kürəyinə atıb, əlini alnına günlük edib bizə baxanda, necə deyərlər, matımız-qutumuz quruyardı. O elə bil nağıllar aləmindən gəlib pambıq tarlasının kənarına düşmüşdü. Sanki padişahın kiçik oğlu Məlikməmmədin divlərdən xilas etdiyi gözəl şəhzadədir. O, qadın mənə kəlağayını, kəlağayı isə o qadını mənə sevdirdi. (Çox sonralar bildim ki, o kəlağayılı qadın Ağdam Mədəniyyət Evinin müdiri Çimnaz Əliyevadır) . O vaxt elə istəyirdim ki, pambıq yığmağa gələn bütün kolxozçular başlarına həmin kəlağayıdan örtünlər .



Orta nəsil bir məlumatı daha yaxşı bilir: Azərbaycanda vaxtı ilə kəlağayı yalnız qadın gözəlliyini tərənnüm etmirdi. Bunu həm də qurulacaq ailənin təməl daşı hesab etmək olardı. Belə ki, kəlağayısını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Yaxud da elçilik mərasimində qız tərəfinin razılığı alınandan sonra oğlan tərəfindən bir qadın qırmızı kəlağayıya bükülmüş nişan üzüyünü təqdim edirdi. Bundan başqa toy öncəsi adətlərdən olan xınayaxdı mərasmində gəlin gedən qızın başına qırmızı kəlağayı atıb, əl-ayağına xına yaxarlar. Kəlağayının toy mərasimindəki rolundan söz düşmüşkən onu da əlavə edək ki, bəyin özünə, sağında və solunda dayanan dostlarının boynuna, gəlin maşınının güzgüsünə də kəlağayılar bağlanırdı. Hətta toya təşrif buyuran qadınların xonçasında ən qiymətli hədiyyə də elə kəlağayı olardı. Bu ənənə indi də Azərbaycanın bəzi bölgələrində qorunub yaşadılmaqdadır.

Bunu isə hamımız bilirik: Çox rastlaşmışıq ki, Azərbaycan dünyasını dəyişən olanda onun üstünü qara kəlağayı ilə örtərlər. Qəbiristanlıqda dəfn olunanan qədər onun üzərində həmin kəlağayı götürülmür. Qədimlərdən indiyə qədər örpəyin, xüsusən, kəlağayının barışdırıcı, qan tökülməsinin qarşısını alan böyük bir missiyasıda olub. İki qan düşməninin qanlı savaşı zamanı yaranmış münaqişə zamanı qadın başındakı kəlağayını yerə atarsa dava edən şəxslər dərhal savaşı dayandırarlar.

Milli adət -ənənəmizə görə, kəlağayıya hörmət qadına olan ehtiram qədər daim zirvədədir və o bəzən istifadə olunmasa belə evin ən əziz yerində qorunub saxlanılır. Onu hətta ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların evlərində də görmək mümkündür. Çünki kəlağayı azərbaycanlıların ailə ənənələrini qoruyan qüvvələrdəndir. Yeri gəlmişkən, Hər bölgənin kəlağayısı digərindən əsasən haşiyəsindəki ornamentlərə görə fərqlənir. Şəki və Basqal kəlağayıları içərisində "Şah buta”, "Saya buta” və "Xırda buta” çeşnilərindən daha çox istifadə olunur. "Heyratı”, "Soğanı”, "İstiotu”, "Albuxarı”, "Abi”, "Yeləni” adlı əlvan kəlağayılar da vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.


Bu günlərdə bir olayla qarşılaşdım. Kəlağayını yerə ataraq onunla fotosesiya edən qızlar onun anlamını bilmədiklərini düşündüm və məyus oldum. bir hindli üçün sari nədirsə,, amerkan üçün kavboy geyimi , özbək. tatar, ukraynalı üçün milli geyimi nə anlam daşıyırsa, xalqımız üçün də kəlağayı dəyərlidir.

Bunu isə bilməyənlərə bildirirəm: Kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 24-28-dəParisdə keçirilən 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti"Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası”adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.


Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK