SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

  11431   |  
Şriftin ölçüsü  

Əvvəli burada

Səhər çayını İsayla birlikdə bir-birimizdən hal-əhval tuta-tuta içib necə deyərlər, günün xoş ovqatını yaratdıq. Və bu aradaca İsadan atasını soruşdum. Yeri gəlmişkən, xatırladım ki, İsanın çox gümrah, həm də civə kimi qaynayan bir atası var. Yaşı kifayət qədər olan bu insan həm də çox söhbətcildir. Elə İsanın oturduğu yerin yaxınlığında kiçik, uyğun bir çayxanası var. Hər dəfə məni görəndə özünün zabitlərə məxsus səsiylə ucadan deyir:

- Hocam, xoş gəldin! Sənə türk qəhvəsi hazırladım, gəl birlikdə içək.

Yorulmaq bilməyən bir insan az qala böyük Atatürkdən üzü bəri, hətta Sultan Süleymandan da danışmağı xoşlayır. Özünün dediyinə görə, orduda topçu olub, yunanlarla savaşda iştirak edib. Belə qıvraq qalmasının səbəbini soruşanda bildirir ki, mən heç vaxt özümü kökəlməyə qoymamışam, top mərmilərini özüm təkbaşına götürmüşəm. İndidə heç nədən yorulmuram, usanmıram. Kim hardan məni səsləsə oturduğu yerə qədər gedib onun çayını, qəhvəsini aparıram. Bir də ki, mən heç kimin hesabını özümə yük etmirəm. Hər kəs öz hesabını qoy özü çəksin.

Mən Albayraq kimi tanıdığım bu insanın söylədikləri ilə əməlinin necə üst-üstə düşdüyünü izləmişəm. Hətta oğlunun nə qazanıb, nə xərclədiyini üstüörtülü, dolayısı ilə soruşanda da deyib ki, "babam, hər kəs öz işindən özü sorumlu, buna qarışmaq doğru olmaz”.



Bəli, hamı kimi mənim də Hacıbaba dediyim və dəmlədiyi çayı, kofeni ləzzətlə içdiyim bu insanla etdiyim söhbətlərdə mən türk insanının, türk əsgərinin daxili aləminə bir az da çox bələd oluram. Ona görə də Trabzona hər səfərimdə gözüm hamı kimi onu da axtarır...

... İsa ilə sağollaşıb otelə tələsirəm. Bilirəm ki, 20 dəqiqədən sonra Əhmədin telefonu işə düşəcək. Odur ki, otelin qarşısında onu gözləmək daha yaxşı olar. Bəli, əvvəlcədən şərtləşdiyimiz kimi, Əhməd vaxtında gəlir. Və biz birlikdə camiyə dönürük. Burada səhər namazından sonra səliqə-səhman yaradan və hər gəlişimdə də uşaq təbəssümü ilə məni qarşılayan Ərdalı görürəm. Dərhal əlindəki işi yarımçıq buraxıb mənə tərəf gəlir:



- Hocam, xoş gəldin. Necəsiniz? Sağlamlığınız, ailəniz, cocuqlarınız necədi?

Təbii ki, qucaqlaşırıq, daha doğrusu, türk adətiylə alınlarımız görüşür. Və mənə elə gəlir ki, mənim kimi o da bu görüşdən məmnundur. Əhməd bizim görüş mərasimimiz bitən kimi üzünü Ərdala tutub söyləyir:

- Cəld ol, hocam yol gəlib, səhər yeməyi də yeməyib. Gör bizə nə verirsən?

Ərdal "baş üstə” – deyib mətbəxə qaçır. Bir azdan əlində səhər yeməyi üçün pendir, şirin şeylər və bir də türk halvası gətirir. Təbii ki, çaylar da yanında. Biz yeməyə başlayırıq. Və bu ərəfədə artıq camiyə xeyli adam toplaşır. Qocatəpə camisi özünün həm mənzərəsi, həm görünüşü, həm əzəməti ilə həqiqətən adamı özünə çəkir. Mənim Trabzonda gördüyüm ən böyük camilərdən olan Qocatəpədə insanların ibadəti üçün bütün şəraitlər yaradılıb. Burada dünyasını dəyişənləri yola salmaq üçün də morqdan, yuyat yerindən belə hər şey nəzərdə tutulub. Üstəlik, burada çayxana-kafe də fəaliyyət göstərir ki, bu da gün ərzində məscidə ibadətə gələnlərin xidmətində dayanan ata-oğul Ərdalın və atası Kamalın sayəsində hər kəsin könlünü oxşayır. Adama elə gəlir ki, bu ata-oğul ibadətçilərə xidmət etmək üçün doğulublar.



Səhər yeməyindən sonra Əhmədin iş yerinə gəlirik. Artıq o da, mən də adət etmişəm, Trabzona çatan kimi, Əhmədin notbuku olur mənim. Nə qədər ki, oradayam, bu insan ən zəruri hallarda bir neçə dəqiqəlik öz şəxsi əşyasından istifadə edə bilir. Onu necə özəlləşdirirəmsə, özü də məmnun qalır. Və hər dəfə də deyir ki, çəkinib etmə bu notbuk işlətmək üçündü. Axşamlar da onu Əhmədin təkidi iklə oteldəki odama gətirirəm. Ona görə də həm dostlarla, həm xüsusi olaraq "Ədalət”in cəfakeşi olan dizaynerimiz Şamxalla canlı bağlantılarım birbaşa olur. Şamxal özünü Trabzonda hiss edir, mən də Bakıda!! Düşünürəm ki, bu bizim işə verdiyimiz qiymət, redaksiyamıza olan münasibətimizin göstəricisidir. Başqa kimsə hansı qiyməti, hansı münasibəti ifadə etmək fikrindədisə, onu özü bilsin. Amma bizim ürəyimiz, Allahımız birdi.



Bax, elə bilgisayar qarşısında oturan kimi də:


Görmədiyim yuxunu

Özümdən uydururam

Sənsizlik aclığımı -

Bununla doydururam...


Əlim əlinə dəyib

Tellərin də üzümə...

Yanağından öpürəm –

İşıq gəlir gözümə.


Bu yuxunu dinləsən

İnanmazsan bəlkə də...

İnamsızlıq önündə -

Yuxum qalır kölgədə...

***

Nahara qədər internetlə başımı qatdım. Əsas məqsədim də o idi ki, Əhməd başımın qarışıq olduğunu, yəni başqa bir narahatçılığın olmadığını bilib rahatlansın. Və mən də bu fürsətdən istifadə edim. Təbii ki, istəyimə nail ola oldim. Əhməd öz işlərinin ardınca gedən kimi, onun məndə qoyub getdiyi açarla qapını bağlayıb Muxtarlığı tərk edirəm. Açarı da üzbəüzdə çalışan İsaya tapşırıram. Çünki əvvəldən şərtimiz belə olmuşdu. Sonra da üz tuturam Qara dənizin sahilinə. Gəzə-gəzə gəlib hava limanına çatıram. Təbii ki, qadağan olunmuş zolağın yaxınlığından geri dönüb lap sahilə enirəm. Burda qarmaqla balıq tutanlar çox rahat bir şəkildə qayaların üstündə oturublar. Sanki qu tükündən döşək üstündə əyləşiblər. Nə günəşin şüaları, nə də hələlikdə sudan boş qayıdan qarmaqlar onları narahat etmir. Mən də bu cavan oğlanın yanında əyləşirəm. Salam verib "ovun uğurlu olsun!” deyirəm. O da "xoş gəldin, abi!” deyib öz işi ilə məşğul olur. Bir neçə dəqiqədən sonra əlindəki qarmaq möhkəm silkələnir. Bəlkə də inanmayacaqsınız, bəlkə də 20-30 santimetr uzunluğunda bir ilanbalığı qarmaqdan qurtulmaq istəyir. Cavan oğlan balığı tez qarmaqdan çıxarıb ağzıbağlı qabın içərisinə atır. Və öncə baxışı ilə sonra da sözlə deyir:

- Abi, gəlişin xeyirli oldu.



Doğrusu, mən də bu ovdan məmnun qalıram. Çünki burada olduğum müddətdə əgər o balıqçı nə isə tuta bilməsəydi, mən də "ayağı ağır” kimi günahkar çıxacaqdım. Ona görə də bu uğurda özümü də öz içimdə xüsusi olaraq qiymətləndirdim. Necə deyərlər, bir az fəxr etdim. Demək hələ Tanrının mənə lütfi bitib-tükənməyib. Yaşamağa, sevinməyə dəyər. Və üstəlik də belə məqamda mütləq qələmlə, dəftərlə baş-başa qalmaq daxili zərurətə çevrilir. Və mən də həmin o içimdəm gələn səsi, necə deyərlər, könlümün pıçıltısını bu Qara dənizdən balıq tutan oğlanın yanında misralamağa, şeirləşdirməyə çalışdım. Yazdım ki:



Şəkillərlə danışmaq

Gündəlik peşəm olub...

Şəkilli günlərimsə -

Saralıb-xəşəm olub...


Dörd divar, bir pəncərə

Təklik dözüm daşıdı...

Çəkilmişəm səngərə -

Axan ruhun yaşıdı...


Gör neçə mininci an

Baxır mənə şəkildən...

Xatirə dinləyirəm –

Bu hər şəkil-vəkildən!


Təsəlliyə, ümidə

Yermi qalıb kiridə...

Yəqin ki, mənim kimi –

Hardasa var biri də!..


(Ardı var)










Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK