SON DƏQİQƏ:

"Qırmızı körpü" bərpadan sonra belə olacaq - FOTO

  8532   |  
Şriftin ölçüsü  

Ötən ilin əvvəllərindən bərpa olunan XII əsrə aid "Sınıq körpü"nün (Qırmızı körpü) konversiyadan sonrakı 3D görüntüləri əldə olunub.

Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb.

Xatırladaq ki, abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK