SON DƏQİQƏ:

“Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır” - PA-nın şöbə müdiri

  12673   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Gənclər Fondundan verilən məlumata görə, qurumun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə keçirilən görüş zamanı ölkəmizin xarici siyasəti, turizm, nəqliyyat, ticarət sahəsində yürütdüyü siyasətlə bağlı gənclərin suallarını cavablandıran Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıb:

"Azərbaycan Respublikası sözün əsl mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir".

H.Hacıyev əlavə edib ki, gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və heç bir dairəyə özünün də daxili işlərinə qarışmağa imkan vermir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27
2020-09-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK