SON DƏQİQƏ:

TOVUZUN SAZ-SÖZ ADAMLARI

  56122   |  
Şriftin ölçüsü  

(əvvəli ötən sayımızda)

Dilimizi, milli mədəniyyətimizi təmsil eləyən, insan ləyaqətini, insan duyğularını, bəşəri hissləri təbliğ eləyən, elin sevincini, kədərini açıb göstərən, toya, bayrama rövnəq, dərdə-qəmə təsəlli verən aşıq sənəti dünya var olduqca yaşayacaqdır.

Sazı ilə könüllər oxşayan, yurdun dar günündə haray salan, xalqı birliyə çağıran aşıqlarımız xalqın ruhuna qida verir, qəlbini ehtizaza gətirir, onu mənəvi cəhətdən daha da kamilləşdirir.

Aşıqların köksündə on bir simli telli sazı - ana sazı görəndə hər kəs fərəhindən, sevincindən yerə-göyə sığmır.

Məhz həmin məqamlarda özümüzə qayıdırıq, öz ilkinliyimizə, kökümüzə qayıdırıq. Özümüzə, kökümüzə qayıtdıqca daha böyük oluruq, daha güclü oluruq.

Bəli, xalqımız daha böyük, daha güclü, daha xoşbəxt olmağa layiqdir.

Gəlin, milli mədəniyyətimizin inkişafında müstəsna rol oynayan, zəngin təkamül yolu keçən, xalqın ruhunun ifaçısı olan aşıqları bir daha salamlayaq, ölənlərə rəhmət, qalanlara can sağlığı diləyək və Tovuz aşıqlarının bir neçəsilə daha yaxından tanış olaq.

ÖYSÜZLÜ SƏMƏD

(1848-1918)

Öysüzlü Səməd 1848-ci ildə anadan olub.

Cavan vaxtlarından saza-sözə meyl göstərmiş, ustadlardan dərs almış, yaradıcı aşıq kimi elin-obanın hörmətini, məhəbbətini qazanmışdır.

Öysüzlü Səməd Qovlarda olarkən - 1918-ci ildə vəfat edib. Ustad aşığın cənazəsini öysüzlülər Öysüzlü kəndinə aparmaq istəyəndə Qovlar camaatı etiraz edərək bildiriblər ki, Aşıq Səməd əbədiyyətə qovuşmaq üçün Tanrı tərəfindən Qovlara göndərilib. Belə də olur. O, el adəti ilə Qovlar qəbiristanlığında dəfn edilib.

Ustad aşığın şeirləri, dastanları bu gün də oxunur və söylənilir. Aşıq-şairin "Qaragöz", "Yaylıq", "Ay gəlin", "Yaxşıdı", "Gözəllər", "Qayıtdı" və başqa şeirləri aşıqlar tərəfindən böyük sevgi ilə oxunur, dinləyicilərin ruhunu oxşayır. Tovuzun Azərbaycana, eləcə də türk dünyasına bəxş etdiyi aşıqlar sırasında Öysüzlü Səmədin xüsusi yeri olmuşdur. O, hələ sağlığında ikən Türkiyədə, İranda, Dərbənddə, Gürcüstanda və başqa yerlərdə olmuş, neçə-neçə toy məclisləri keçirmişdir.

Öysüzlü Səməd ustad aşıq kimi el şənliklərinə rövnəq vermiş, şəyirdlər yetişdirmiş, qoşma, gəraylı, təcnis və mükəmməl ustadnamələr müəllifi kimi tanınmışdır.

QARAGÖZ

De görüm hardan gəlirsən?

Elinə qurban, Qaragöz.

Bircə danış şirin-şirin,

Dilinə qurban Qaragöz.

Zülflərin gərdəndən aşır,

Vəsfində dilim dolaşır.

Sona kimi başın yaşıl,

Gölünə qurban Qaragöz.

Aşıq Səməd məlul baxır,

Nazı-qəmzən öymü yıxır.

Darayırsan yana çıxır,

Telinə qurban Qaragöz.

HÜSEYN BOZALQANLI

(1863-1941)

Aşıq Hüseyn Bozalqanlı bütün türk dünyasında tanınır və sevilir. Mahir və ustad sənətkarın qoşma və gəraylıları, təcnisləri, divaniləri, müxəmməsləri yüz ildən çoxdur ki, aşıqların dilindən düşmür, məclislərdə oxunur, əziz xatirəsi yad edilir, ruhuna dualar oxunur.

O böyük sənətkarın, ustadların şah ustadının musiqisində həm muğam, həm simfoniya, həm sevinc, həm də kədər vardı.

Hüseyn Bozalqanlı Tovuz elinin ən sayılan və sevilən aşıqlarından biri olub.

Ünlü aşığın saz çalıb, söz deməsi, meydan sulaması, xalqımızın mübarizə tarixində sazla qılıncın birliyini tərənnüm edən el aşığı millətimizin mənəvi ucalığını, əhval-ruhiyyəsini, böyüklüyünü, mərdliyini dastana çevirməsi ilə də xalqın yaddaşında əbədi yaşamaq hüququ qazanıb.

Aşıq Hüseyn Bozalqanlı Səməd Vurğunla, Üzeyir Hacıbəyovla, Xan Şuşinski ilə, Salman Mümtazla yaxın dost olub. Aşıq Ələsgərlə, Molla Cuma ilə deyişib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Əməkdar İncəsənət xadimi" Hüseyn Bozalqanlı "Şərəf nişanı" ordeninə layiq görülüb.

Bədahətən şeir deməkdə də Aşıq Hüseynin əvəzi olmayıb. Buna görə də xalq şairi Səməd Vurğun onu "əli qılınclı şair" adlandırar və ona dərin məhəbbət bəsləyərdi. Səməd Vurğun həm də Bozalqanlı kəndini "Aşıqların konservatoriyası" adlandırmışdır. Aşıq Hüseyn Bozalqanlının "Qandal Nağı", "Qaçaq Tanrıverdi", "Hacı Tağı" dastanı, "Hüseyn Bozalqanlının Tiflis səfəri", "Hüseyn Bozalqanlının Gəncə səfəri", "Hüseyn Bozalqanlının Aşıq Ələsgərlə görüşü" və başqa dastanları aşıqların repertuarında mühüm yer tutmaqdadır.

Hazırda onun adına "Hüseyn Bozalqanlı" aşıq muzeyi fəaliyyət göstərir.

GEYİNDİ

Bahar oldu, çiçək açdı,

Güllər qırmızı geyindi.

Çırtıq dəydi, üz qanadı,

Xallar qırmızı geyindi.

Yarım yuxudan oyandı,

İncidi, küsdü, usandı.

Barmaq barmağa dayandı,

Əllər qırmızı geyindi.

Mailəm mina gərdəna,

Ağ bədənə, gül əndama.

Zülfünə qoyubdur xına,

Tellər qırmızı geyindi.

Qaş oynatdı, qıya baxdı,

Könlümün evini yıxdı.

Al geyindi, seyrə çıxdı,

Çöllər qırmızı geyindi.

Yanaqları güldən təzə,

Ağzı qaymaq, dili məzə.

Hüseyn, canan gəldi bizə,

Yollar qırmızı geyindi.


Əbülfət Mədətoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK