SON DƏQİQƏ:

AQİL ABBAS: EH, AĞA ƏMİ, SƏMİMİYYƏT ELƏ SİZLƏRLƏ GETDİ

  40691   |  
Şriftin ölçüsü  

Orta məktəbdə oxuyanda Ağa Laçınlının "Səmimiyyət” adlı bir şeirini oxumuşdum. Çox xoşuma gəlmişdi. Dil də o qədər şiriniydi ki, ikicə dəfə oxumaqla əzbərləmişdim. Atam da hərdən qonaq-qara olanda o şeiri mənə dedirdirdi. Və atam da elə bilirdi doğrudan da səmimiyyət qəlbin məhəg daşıdı.

Sonra universitetə daxil olanda (onda unversitet bir dənəydi) Ağa müəllimi gördüm, tanıdım, müəllimimiz oldu. Və gördüm ki, Ağa əmi (mənə çox doğmadır ona görə əmi deyirəm) özü elə səmimiyyətin məhəg daşıdı. Təkcə səmimiyyətin yox, insanlığın da, paklığın da, müəllimliyin də məhəg daşıdı.

Filologiya fakültəsinin qiyabi şöbəsinin dekan müavini, dekanı oldu. O illər filologiyanın qiyməti 5-10 min arasındaydı. Amma Ağa əmi heç 5-10 qəpiyin də yiyəsi olmadı, haram nədi bilmədi. Dünyanın o başı olan Əhmədlidə iki otaqlı "kasıb bir daxmada” ruhu uçub getdi Laçına.

Övladlarına da heç bir var-dövlət qoyub getmədi. Övladlarına paklıq, səmimiyyət, mərdlik, insanlıq və cəsarət qoyub getdi. Çox böyük bir mirasdı. Hər ata övladlarına belə qiymətli miras qoyub gedə bilmir. Elə bir miras qoyub getdi ki, övladları yüz il də xərcləsələr, dost-tanışa pay versələr də, tükənən deyil. Və bir də bu dağlar oğlu istedadını əmanat elədi övladlarına.

Son zamanlar dünyanı da, insanları da belə gördükcə, Ağa əminin bu şeirini tez-tez xatırlayıram.

Eh, Ağa əmi, səmimiyyət, yaxşı kişilər yaxşı at minib getdiyi kimi, sizin kimi yaxşı kişilərlə də çıxıb getdi. İndi səmimiyyət lağ yeri olub. İndi nə qədər səmimisənsə, insanlar sənə bir o qədər yuxarıdan aşağı baxır. Səmimisənsə, belinə çıxmaq istəyirlər. Heç kəs sənin kasıb daxmanı bağrına basmaq istəmir. Heç kəs sənin komanı imarət bilmir, yavan loxmanı bəyənmir. Və səmimiyyət duzu, çörəyi dada gətirmir.

Eh, Ağa əmi, kaş sənin bu şeirini bütün Azərbaycan xalqı əzbər biləydi. Və təkcə əzbər bilmiyəydi ey, həm də yazdığın kimi səmimi olaydı. Onda sənin doğma yurda həsrət nəşini oğlanlarınla birgə mən də çiynimə götürüb Laçına apara bilərdim.

Ağa əmi, amma onu da biləsən ki, o gün Azərin toyuna gələnlərin 95 faizi səmimi insanlarıydı..

P.S. Ağa əminin şeirini bu günkü nömrəmizdə oxuya bilərsiniz.


Ərk ilə evinə gəlmişəm, ay dost;
Görürəm, açıqdır qaşın-qabağın.
Komanı imarət bilmişəm, ay dost,
Nə gərək utanıb tər axıtmağın.

Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.

Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.

Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.

Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət, səmimiyyətdir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK