adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 11:07
96
SİYASƏT
A- A+

“Məncə, bu təbrik, ilk növbədə hər iki ölkədə qardaşlığı...”

“Özünü peşəkar hesab edən media Azərbaycan-Türkiyə münasibətlərinə həssas olmalı, sosial şəbəkələrdə bu münasibəti hədəf almış cahillərin yolu ilə getməməlidir. Təəssüf ki, bəzən bu media da axına qoşulur və qızışdırıci mövqe tutur”.

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

O, bildirib ki, hadisələrin arzuolunmaz istiqamətə getdiyi bir məqamda media üçün əla bir xəbər var: 

“Türkiyə Prezidenti R.T.Ərdoğan Azərbaycanı Müstəqilliyin bərpası Günü münasibəti ilə bu təbrik edib. Məncə, bu təbrik, ilk növbədə hər iki ölkədə qardaşlığı və dostluğu hədəf almış cahillərə və araqızışdıranlara tutarlı cavabdır. Təbrikdə deyilir: “Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Prezidenti qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram”.

Vasif ƏLİHÜSEYN