adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 13:08
73
İDMAN
A- A+

"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Sabah" - "Borussiya" (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.

Adalet.az xəbər verir ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb. Alman klubunun azarkeşləri isə indiyədək 1 715 bilet alıblar.

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.