"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik mesajı yayıb.
Adalet.az xəbər verir ki, Bağçalı Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə iki ölkə arasındakı tarixi və mədəni bağlara diqqət çəkib.
O, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı xatırladaraq, bu tarixi günün Azərbaycan xalqının suverenlik və azadlıq iradəsini nümayiş etdirdiyini bildirib.
MHP sədri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi və Azərbaycanın əldə etdiyi Zəfərin ölkənin müstəqilliyinə yeni məna və güc qazandırdığını vurğulayıb.
Bağçalı Türkiyə ilə Azərbaycanın ortaq tarixə, mədəniyyətə və tale birliyinə malik olduğunu qeyd edərək, iki ölkənin “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət etdiyini bildirib.
“Biz eyni ananın iki oğluyuq. Əzəldən əbədə dinimiz, dilimiz, sevgimiz, yolumuz birdir. Sevgimiz də, mübarizəmiz də birdir”, – deyə o vurğulayıb.
Digər Xəbərlər
17 Oktyabr 2026 15:40
Prezident Valeh Ələsgərova "Şərəf" ordeni verdi
17 Oktyabr 2026 13:56
“1993-cü ilin oktyabrında başlanan yeni siyasi mərhələ Azərbaycanı nüfuzlu gücə çevirdi”
17 Oktyabr 2026 11:32
ABŞ prezidenti Tramp Moskvanın mövqeyindən çıxış edir - Politoloq
17 Oktyabr 2026 11:08
ABŞ Putini, Avropa Ukraynanı seçir – Politoloq
17 Oktyabr 2026 10:02
Aqil Abbas: Füzulinin azad edilməsi düşmənin “yenilməzlik” mifini dağıtdı
17 Oktyabr 2026 09:00
“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”
16 Oktyabr 2026 20:26
“Bizim öz yolumuz var” - İlham Əliyev
16 Oktyabr 2026 19:19


Bakı -°C

