adalet.az header logo
  • Bakı -°C
18 Oktyabr 2026 20:31
87
HADİSƏ
A- A+

Azərbaycanda polis rəisinin müavini vəfat edib

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib. Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirən zaman onu elektrik cərəyanı vurub və nəticədə ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib, aldığı xəsarətlər səbəbindən qolları amputasiya olunub. Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!