adalet.az header logo
  • Bakı -°C

 "Tramp dialoqun innovativ yollarını axtarır" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
86 | 2026-10-19 09:56
A- A+

 ABŞ-ın enerji naziri Kris Ray bəyan edib ki, Ukrayna münaqişəsinin həllində ənənəvi tədbirlər az effekli olduğu üçün, prezident Donald Tramp məsələyə innovativ yanaşma metodu axtarır.

 "Prezident Tramp sülhə nail olmaq üçün başqa yollar axtarır. Görünən odur ki, rasionsl danışıqlar, dialoqlar işləmədi. Tramp bu məsələnin həllində innovativ yollar axtarır"- deyə enerji naziri, nazirliyin YouTube kanalında bəyan edib.

 Kris Ray hesab edir ki, Trampın Putinlə dizel yanacağı ilə bağlı razılsşma əldə etməsi, elə məsələyə innovativ yanaşmadı. Tramp guya bununla tərəfləri enerji strukturlarına qarşılıqlı zərbələr endirmələrinin qarşısını almağa məcbur edəcək. 

 Ukrayna silahlı qüvvələrinin uzun müddətdir Neft emalı strukturlarını intensiv şəkildə bombalamaqla sıradan çıxarılması, onsuzda Rusiyada yanacaq, o cümlədən dizel yanacağı qıtlığı yaradıb, anlaşmaya görə, istehsal olunacaq dizel yanacağının bir hissəsinin ABŞ-a göndərilməsi vəziyyəti bir az da çətinləşdirəcək.

 ABŞ-ın Dövlət katibi Marko Rubio bildirib ki, ölkənin Rusiya dizel yanacağı ilə təmin olunması, dünya bazarı eçün çox vacibdir. ABŞ istəniləndən çox pul verir, başqa ölkələrdə isə böhran yaşanır. Ona görə də, alınan dizel yanacağı üzərinfə işlərə çox delekat yanaşmaq lazlm gələcək.

 Rusiya baş nazirinin müavini Aleksandr Novak isə bildirib ki, indi Rusiya ysnscaq məhsullarından imtina edən bir çox Avropa dövlətləri nə qədər səhv etdiklərini snlamsğa başlayıblar. 

 Yaxın vaxtlarda, Donald Trampın  "innovativ yanaşmasının" həyata keçirilməsi üçün Zelenskidən, Ukraynadan keçən 
Rusiya neft kəmərinin bərpa edilməsini tələb etməsi heç kimə təəcüblü görünməyəcək.

 Donsld Tramp düşünür ki, bununlada tərəfləri tədricən yola gətirə biləcək və müharibəni dayandıracaq. Lakin, ABŞ prezidenti Vladimir Putinin Donbas və Zaparojye vilayətlərinin Ukraynanın nəzarəti altında qalan hissəsindən də USQ-nin çıxarılması şərtləri yerinə yetirilmədən baş tutacağı heç bir halda baş tutmayacaq. Çünki, bu Ukraynanın faktiki olaraq təslim olma aktına imza atması demək olar ki, Ukrayna heç bir təyxiq altında buna getməz.

 Deməli,  Trampın "innovasiya" tədbirlərinin də, bölgəyə sülh gətirə biləcəyi xəyal olaraq havadan asılı qalacaq.

 Rüstəm Hacıyev
 

  • Sentyabr:
  • 25

TƏQVİM / ARXİV