adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 09:18
77
DÜNYA
A- A+

Kanadada hərbi bazada yanğın - 4 hərbçi öldü, 40-ı yaralandı

Oktyabrın 17-si Kanadanın Ueynrayt hərbi bazasında yanğınla nəticələnən partlayış baş verib.

Adalet.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yanğın yerli vaxtla saat 16:00 radələrində aviabazanın təlim poliqonunda başlayıb.

Hadisə nəticəsində 4 hərbçi ölüb, 40-ı isə xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib, onlardan 19-nun vəziyyəti ağırdır.

Hakimiyyət orqanları 4 kanadalı hərbçinin həlak olduğunu təsdiqləyib.