adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 10:27
88
SİYASƏT
A- A+

“Tramp Rusiyaya vədlər verdikdən sonra yenə geri çəkildi”

“Donald Tramp Rusiya təcavüzünə qarşı prinsipiallıq nümayiş etdirmək əvəzinə, Moskvaya növbəti güzəştə getdi. ABŞ Prezidenti Konqresin və senator Lindsi Qremin təşəbbüsü ilə qəbul edilmiş sərt sanksiyaların tətbiqini dayandıran fərman imzalayaraq öz verdiyi qərarları yenidən sual altına qoydu. Tramp bu geri çəkilməni riyakarcasına ABŞ-nin "milli maraqları" ilə pərdələməyə çalışıb”.

Adalet.az xəbər verir ki, bunu telejurnalist İbrahim Nəbioğlu deyib. 

Onun sözlərinə görə, cəmi bir neçə həftə əvvəl — sentyabrın 18-də böyük hay-küy və təmtəraqla həmin "cəhənnəm sanksiyaları" qanununa imza atan Tramp idi:

“Həmin sənəd Rusiyanın hərbi maşınını yemləyən "kölgə neft donanması"nı, Kremlin banklarını və rəsmilərini hədəf almalı, Rusiya mallarına 500%, Rusiya neft-qazını almaqda davam edən ölkələrin mallarına isə 100% rüsum tətbiq etməli idi.Lakin məhdudiyyətlərin qüvvəyə minməsinə cəmi iki gün qalmış Tramp qəflətən qərarını dəyişdi və əsas sanksiyaları qeyri-müəyyən müddətə dondurdu. Öz imzaladığı qanundan belə son anda imtina etməsi Trampın Rusiya siyasətindəki qeyri-müəyyənliyini, qətiyyətsizliyini və Vaşinqtonun müttəfiqləri qarşısında etibarını bir daha sarsıtdı”.

Vasif ƏLİHÜSEYN