adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Əzrayılın növbəsi

NİCAT NOVRUZOĞLU
77433 | 2018-05-18 10:23

Bizdə mədəniyyətvar. Ən azından bunu adında mədəniyyət olan nazirliyimizin mövcudluğu ilə bəyanedə bilərik. Deyilənlərə görə əvvəllər lap mədəni olmuşuq. Əvvəllər dediyim dövrmüstəqillikdən öncəki zamanı əhatə edir. Bu mədəniyyətliliyimizlik həm də mentalitetdəngüc alırmış. Baxmayaraq ki, əsarətdə olmuşuq, amma mentalitet öz sözünü deyirmiş.Gücünü ortaya qoya bilirmiş. Sonra bala-balamentaliteti əridəndən sonra mədəniyyətimiz də, demək olar ki, büdrəməyə başladı.Hətta mədəniyyətin elə hissələri oldu ki, mədəniyyətsizlik adlandırıb iflic vəziyyətinəsaldıq.

Biz mədəniyyətlilərəmədəni deyirik. Onlar hər zaman sıradan biri olanlardan fərqlənirlər. Danışıqları,yerişləri, duruşları fərqli olur. Bu fərqli insanları indiki zəmanədə tapmaq çətindi.Çünki mədəni oldun işin getmir. Tapdalayıb keçirlər. Nə qədər düz və ya səhvəm bilmirəm.Amma bir onu bilirəm ki, bu gün hər kəs bir-birini tapdalayıb önə keçmək istəyir.Kimsə kiməsə hörmət qoymur, bir-birinin haqqını tapdalayır və s. Və ən dəhşətlisibudur ki, bununla da özlərini fərasətli sayırlar.

Naxoşlayırsan. Üztutursan həkimə. Sözsüz ki, qapıda növbədi. Həkim qapısında növbə olması acı gerçəklikdi.Hamımız xəstəyik. Generalımız saxta dərmanı bizə yedizdirirsə, sağlam olası deyilikki. Sözsüz ki, həkim qapısında növbə çəkənlər də xəstələrdi. Yaşından, cinsindən asılı olmayaraq.Bir də görürsən ki, bazburutlunun birisi (sözsüz ki, kilo çəkisinə görə yox, tutduğuvəzifə çəkisinə görə) yanında bir tibb bacısı alıb o növbədə dayanan insanlarınnövbəsini tapdalayıb keçir içəri. Nədi-nədi hansısa dövlət qurumunun işçisidir.Bir az da pulu var. Bu da bizim ali təhsillimiz. Yəni ki, mədənilik oxumaqla deyil.

Bu yaxınlarda birdostum "urset"dən vətəninə dönüb. Danışır ki, hava limanında təyyarəyəgiriş başlayan kimi yerlilərimiz necə qapıya hücuma keçdilərsə limanın işçisi qorxdu.Səs-küydən qulaq tutulurdu. Limanın işçisi nə qədər qışqırdı ki, növbə ilə yaxınlaşın,xeyri olmadı ki, olmadı. Sanki birinci keçən Bakıya tez çatacaqdı. Dostum deyirki, bizdən 4-5 metr aralıda Ermənistana uçan təyyarənin sərnişinləri isə növbəliksistemi ilə düzülüb qeydiyyatdan keçirdilər. Bu mənzərəni görüb utanıb.

Tıxacdı. Qarşı tərəfinhərəkət istiqaməti boş olsa da ora keçmək olmaz. O daha böyük tıxacın yaranmasınasəbəb olar. Əlavə narahatçılıq yaradar. Bir da görürsən ki, qoşa nömrəlilərdən biriqiymətini bilmədiyimiz maşını ilə özünü vurur bu yola. Nədi-nədi, pulu çoxdu. Arxasındaduranı var. Bir də ki, söyülməyi xoşlayır-meyillidi.

...Eləbu an səfərbərlik başlayır. İlahi, necə də mədəniymişik biz. Düz xətt üzrə bir növbəvar ki, gəl görəsən. O buna can deyir, bu da ona can deyir. O birisi qayıdır ki,qardaş, sən tələsənə oxşayırsan, gəl keç qabağa. O xəstəxanada növbəni tapdalayan yoxa çıxır. Əlində birsənəd tutub özünü verir yorğanın altına. Qarşı tərəfin yoluna çıxansa elə o sürətlədə girir qarajına. Növbədə də qalır həmin o utancaq dostum.

Əzrayılın qapısındanövbə olmur. Yeganə onun qapısıdır ki, orda növbə yoxdur. Daha doğrusu növbəyə duranyoxdu. Hər kəs çalışıb vuruşur ki, onun qapısına gedib çıxmasın. Bu səbəbdən dəməcbur olub Əzrayıl özü növbə yaradır. Bizinövbəyə qoyur. Səssiz-səmirsiz. İcazəsiz-filansız. Tam da ədalətli. Ağına-qarasınabaxmadan, varına-dövlətinə baxmadan. Qibtə edirəm onun növbəsinə. Noolsun ki, cannövbəsidir. Canı da gərək növbə ilə alasan. Yoxsa, dünya boş qalar.

Növbənizi qoruyun.


TƏQVİM / ARXİV