“Putinin ölkəmizə təşəkkürünün səbəbi artıq məlumdur”
“İyunun 4-5-də Sankt-Peterburq İqtisadi Forumunda Putin Azərbaycanı xüsusi sözlərlə yada saldı: "Azərbaycan tərəfi böyük həcmdə effektiv iş gördü, bütün sorğularımıza dərhal cavab verdi. Bu, vəziyyəti yüngülləşdirmək baxımından çox vacib idi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, Kremlin beynəlxalq platformalarda başqa ölkəni bu formatda açıq minnətdarlıqla vurğulaması adi hal deyil:
“Putin bu cümlədə iki şeyi eyni anda dedi: həm Azərbaycana ictimai təşəkkür bildirdi, həm də Bakı ilə görüş planını elan etdi. Putinin ölkəmizə təşəkkürünün səbəbi artıq məlumdur: Rusiya İran böhranı zamanı Azərbaycanın logistik dəstəyindən birbaşa asılı idi. Eyni zamanda Kremlin Azərbaycana bu qədər açıq müraciəti başqa bir şeyi də göstərir: Rusiya Güney Qafqazda etibarlı keçid nöqtəsinə ehtiyac duyur, Azərbaycan isə bu ehtiyacın yeganə praktiki cavabıdır. Aprelin 25-də mənzərə daha da mürəkkəbləşdi. Zelenski Bakıya gəldi- 2022-ci ilin fevralındakı tam miqyaslı müharibədən bəri ilk cənubi Qafqaz səfəri kimi qlobal aləmdə diqqətdə idi. Zelenskinin Əliyevin yanında dayanıb deməsi ki, "Biz Azərbaycanda üçtərəfli danışıqlara hazırıq — Rusiya da hazırdırsa” açıqlaması ilə rəsmi Bakıya unikal və güclü mövqe vermis oldu.Bəs həmin gün Əliyev nə dedi? Ukrayna ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha açıqladı, Ukraynayla enerji sahəsindəki əməkdaşlıqdan söz açdı, növbəti görüşün Ukraynada keçiriləcəyini elan etdi. Yəni Zelenski ilə şəkil çəkdirdi, Bakını vasitəçilik platforması kimi tanıtdı - amma Moskvanı da hansısa formada qıcıqlandıracaq ifadələr səslənmədi”.
Vasif
Digər Xəbərlər
06 Iyun 2026 16:00
Təhlükə var, ayıq-sayıq olmalıyıq... - Elxan Şükürlü yazır
06 Iyun 2026 14:30
“Azərbaycanla bağlı materiallarının arxasında Netanyahu hökuməti dayanır...”
06 Iyun 2026 14:14
“Rusiya Əfqanıstana silah tədarükü həyata keçirəcək”
05 Iyun 2026 17:21


Bakı -°C

