MEDİA: İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır
5 iyun 2026-cı il tarixində CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlama yayıb.
Açıqlamada bildirilib ki, dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlamasını məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyası hesab edirik.
“Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması kimi peşəkar jurnalistikanın təməl prinsiplərinə məhəl qoymayan CNN özünün reputasiyasını ləkələməklə yanaşı, həm də hibrid müharibənin propaqanda aləti kimi çıxış edib. CNN-in yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və bu məlumatın yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb. Dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan Respublikası ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə olunmayıb və bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır. Regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd formada məlumat yayaraq ictimai rəyi çaşdırmağa çalışan CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik”, - açıqlamada qeyd olunub.
Digər Xəbərlər
17 Iyul 2026 13:21
“Mediada Azərbaycan dili” təlimləri yekunlaşıb
14 Iyul 2026 13:10
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14 Iyul 2026 11:37
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
14 Iyul 2026 11:35
Media və Yayım Şurası yaradılır
13 Iyul 2026 20:07
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda - FOTOLAR+VİDEO + YENİLƏNİB
13 Iyul 2026 09:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
11 Iyul 2026 15:16
Şuşada beynəlxalq tədbir - Hansı məsələlər müzakirə olunur? - VİDEO
10 Iyul 2026 10:15


Bakı -°C

