Bu avtomobil yolu bərpa edilir
İntensiv yağıntılar nəticəsində fəsadların yarandığı Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Adalet.az-a verilən məlumata görə, hazırda ərazidə yaranmış problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub.
Məlumata görə, görülən işlər çərçivəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması istiqamətində tədbirlər görülür.
Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq işlər aparılır. Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.
"Görülən işlərin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır", - məlumatda bildirilir.
Digər Xəbərlər
22 Iyul 2026 15:27
Dəhşətli istilər olacaq...
22 Iyul 2026 11:30
57 nəfər əvvəlki işinə bərpa edildi
21 Iyul 2026 17:07
Sərxoş sürücülər böyük təhlükə mənbəyidir!
21 Iyul 2026 16:18
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək - Fotolar
21 Iyul 2026 15:56
“Ailələrin dağılması və nikahların azalması vətəndaş artımını da bloklayır...”
21 Iyul 2026 11:21
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib
21 Iyul 2026 11:14
Səyyar ASAN xidmət Xankəndidə
21 Iyul 2026 10:56


Bakı -°C

