Mikayıl Gözəlov öldürülməsəydi...

1994-cü ilin yayı idi. Ermənilər tərəfindən işğal olunan Ağdam kəndlərinin sakinləri Quzanlı kəndinə pənah gətirdilər. Camaat orda cadır şəhərciklərində, hələ inşası başa çatmamış evlərdə bir təhər məskunlaşmaq məcburiyyətində qaldı. Həmin vaxtlar Mərzili kəndindən olan Siyatel nənə tez-tez əllərini dizlərinə çırpa-çırpa bu sözləri deyirdi: " Mikayılı öldürməsəydilər, bu işlərdə baş verməyəcəkdi”. Sonralar bu sözləri çox adamdan eşitdim və elə o vaxtdan onun haqqında öyrənməyə. onu tanımağa çalışdım.
Bu gün bu kiçik yazımla Ağdamın- Azərbaycanın igid oğlu Mikayıl Gözəlovu
tanıdığım qədər tanıtmaq istəyimi həyata keçirmək fikrindəyəm. Qoy, gənclərimiz
oxusun, tanısın! Qoy gənclərimiz vəzifə, vətənpərvərlik, insanlıq borcu kimi
vacib hissləri Mikayıl Gözəlovun simasında görsün və əxz eləsin!
Bilənlər bilir, Mərzili kəndi Ağdam rayonunu ən iri kəndi idi və ən çox gəlir gətirən
sovxozda bu kənddəydi. Bu kənddə təsərrüfatla məşğul olmayan, işsiz adam tapmaq
mümkün deyildi. Bax, qəhrəmanımızda 5 aprel 1948-ci ildə mayası halallıqla
yoğrulmuş belə bir kənddə, zəhmətkeş ailədə doğuldu. Atası Qoca kişi səxavəti, əxlaqı,
mənəvi dəyərləri, mərdliyi ilə həmişə seçilib və xeyirxah əməllərinə görə Azərbaycanın
əksər bölgələrində ad-san qazanıb, Mərzilidə yaşasa da, bütün ölkədə tanınıb. Mərzili
kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini,
1969-cu ildə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (Azərbaycan
Texniki Universiteti) inşaat fakültəsini başa vurur. Təyinatı Şuşa şəhərinə
verilir. 1970-76 illərdə 92 saylı tikinti idarəsində tikinti ustası, iş
icraçısı, baş iş icraçısı, tikinti rəisi vəzifələrində çalışır. Şuşada,
Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər
bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət
göstərir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis
müavini vəzifəsinə təyin olunur. M.Gözəlov mayasındakı halallığın, zəhmətkeşliyin,
vətənsevərliyin hesabına vəzifə pillələrinə yüksəltdikcə vəzifə məsuliyyətinin
vətən təəssübkeşliyinin, insan amilinə münasibəti yüksəlməsidə təbii hal idi.
Çünki belə olmasaydı, Qarabağda at oynadan "Krunk” təşkilatına, hər bir ermənipərəst
mövqeyini respublikada keçirə biləcək söz sahibi olan "Qarabağ” komitəsinə
qarşı mərdliklə, çəkinmədən mübarizə apara bilməzdi. 1988-ci ildə Şuşa Rayon
XDS İcraiyyə Komitəsinin sədri seçillən igid eloğlumuz Şuşa-Xankəndi yolunun
sağ tərəfində Xankəndindən qovulmuş azərbaycanlılar üçün Yeni Xankəndi qəsəbəsinin
istifadəyə verilməsi məsələsini qaldırır, Şuşada yeni su kəmərinin çəkilməsi,
Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması məsələsini gündəmə gətirir.
Şuşalılar onun bu cəsarətini, işgüzarlığını qiymətləndirir, onun hökumətdə söz
haqqı qazanması Şuşanın hər bir çətinliyə sinə gərəcəyinə inanırdılar. Bu məqsədlə
Gözəlovun 360 sayli Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə
deputatlığa namizədliyi qeydə alınır.

Hə, atalarımız burda deyiblərki, mərdimazar olmasa, bağ çəpəri neyniyir.
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində
çalışan, erməniləri dəstəkləməyilə tanına və 1990-cı ildə Qarabağda təşkil
olunan xüsusi komitənin başçısı təyin edilən. Viktor Polyaniçkonun göstərişi ilə
seçki gününə bir gün qalmış,həmin dairədə seçki dayandırıldı.
1991-il 7 noyabrında Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşa
rayon İcra Hakimiyyətinin başçısı təyin edilir. Bundan sonra bir icra başçısı
kimi səlahiyyətlərindən istifadə edərək daha geniş planlar həyata keçirir.
Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat
və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərir, öz vəsaiti hesabına
respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah,
sursat və texnika gətirdir, Şuşa batalyonunun yaranmasının təşkilatçılarından
olur. Rəhbərlik etdiyi döyüş əməliyyatları ilə şuşalıların qələbəyə inamını
möhkəmləndirir. Ermənilər İcra başçısını azərbaycanlıların –xüsusən şuşalıların
ciddi müqavimət göstərməsinin səbəbkarı hesab edirdilər. Ona görə dəfələrlə ona
qarşı sui-qəsdlər təşkil edilir, başına milyonlarla pul qoyulur. Mikayıl müəllim
qorxmur, əksinə, gecə-gündüz çalışır, vuruşur, mübarizə aparır və …
Təbiiki ermənilərin qəzəbinə tuş gələn Gözəlovu ermənipərəst qüvvələr sevə bilməzdi.
Necəki, 20 noyabr 1991-ci ildə dəhşətli vertolyot faciəsilə Azərbaycanın bir
çox görkəmli və düşməni yerində oturdacaq gücə malik oğullarını məhv etdilər.
Bu hadisədən cəmi 21 gün sonra- 11 dekabrda iş kabinetində güllələnərək öldürülən
Gözəlov da hədəfdən yayına bilməzdi və həyatına qəsd edilən igidlərin siyahısı
getdikcə böyüyürdü, böyüdükcə isə torpaqlarımızın işğalı reallaşırdı.
Şuşalıların etiraf etdiyi kimi Gözəlovun qətlə yetirilməsi Şuşanın işğalının
yaxınlaşmasından xəbər verirdi.
Zənnimizcə, igid eloğlumuz Mikayıl Gözəlovun Qarabağ hadisələri zamanı Şuşanın
və ətraf ərazilərin müdafiəsinin möhkəmləndirilməsinə çalışmasının və məhz bu səbəbdən
öldürüldüyünü elə həmin hadisə şahidlərinin söylədiklərini xatırlatmaq yerinə
düşərdi.
Jurnalist Kərim Kərimli:
-O zaman səslənən və çox adamın da əmin olduğu məlumatlardan biri də bu idi ki,
həmin gün, yəni dekabrın 11-də axşam saat 20.00-da işğalçı Ermənistanın silahlı
quldur dəstələrinin Qarabağdakı mövqelərinə və dayaq nöqtələrinə qarşı çox
yaxşı hazırlanmış və ciddi bir əməliyyat başlayacaq. Həmin əməliyyatı idarə edən
qərargaha da Gözəlov özü rəhbərlik etməli idi. Lakin əməliyyatın başlanmasından
təxminən 45-50 dəqiqə qabaq onu aradan götürdülər. …Və bütün hücum əmrləri ləğv
edildi. Ermənilər əks-hücuma keçərək bizə divan tutdular. Dalbadal dəhşətli
hadisələr baş verdi. Gözəlovun ölümündən dərhal sonra bir-birinin ardınca Cəmilli,
Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış məntəqələri – kənd və qəsəbələr
darmadağın edilərək yandırıldı, onlarla insan qətlə yetirildi və s. Onu da
deyim ki, Mikayıl müəllimin ölümündən sonra bir jurnalist kimi müsahibə aldığım
onlarla adam bu fikirləri söyləyib, yaxud təsdiq edib.
"Şuşa” kanalında çalışımış Fəxrəddin
Hacıbəyli:
-Bilirsiniz ki, informasiya qıtlığı olanda dezinfromasiyalar sürətlə ayaq açıb
yeriyir.Ona görə informasiyanı Şuşanın komendantından, Şuşa rayon İcra başçısı
Mikayıl Gözəlovdan almağa çalışırdıq. Sonra müəmmalı şəkildə onu kabinetində qətlə
yetirdilər. Kim göndərmişdi onu, niyə göndərmişdi, hansı səbəblərdən öldürüldü,
bu günədək gizli qalıb. Mikayıl Gözəlov vətənpərvər insan idi, canıyla qanıya
torpağa bağlıydı. Ən düzgün informasiyaları bizə o verirdi. Heç kimdən çəkinmədən,
o vaxtkı hakimiyyətdən qorxmadan bizə dəqiq informasiyalar çatdırırdı. Elə bu səbəblərdən
"Şuşa” kanalının fəaliyyətində əvəzolunmaz xidmətləri olan icra başçısı Mikayıl
Gözəlovu müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirdilər.
Mərhum deputat Şadman Hüseynov:
-Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd üzərində vertolyotun
vurulması ilə bağlı sirləri bildiyinə görə qətlə yetirilib.
Mərhum polkovnik Ələkbər Əsgərov;
-Mikayılın öldürülməsi ermənilərin əsas məqsədlərindən biri idi. Lakin
özümüzünkülər qabağa düşərək onu qətlə yetirdilər və ermənilərə bu xidməti göstərdilər.
Onları ən əsas məqsəd və arzularından birinə çatdırdılar.
Qarabağ müharibəsinin fəal iştirakçısı, 123 saylı alayın hüquq və mühafizə işləri
üzrə baş müfəttişi, baş-leytenant, Səbirə Mahmudova:
-Xankəndi getməzdən 15 gün öncə 1991-ci il dekabrın 11-də torpağını sevən, səriştəli
Şuşa icra başçısı Mikayıl Gözəlov erməni qüvvələrinə qarşı hazırladığı böyük
döyüşdən 1 saat əvvəl kabinetində bu günədək naməlum səbəbdən davamlı güllələrlə
öldürülmüşdü. Ona güllə atan təcili yardım maşınının sürücüsü idi. Maraqlı da
burasıdır ki, adi bir sürücünün icra hakimi ilə nə işi var idi.? Qarakənd faciəsindən
sonra Ayaz Mütəllibov Mikayıl Gözəlova göstəriş vermişdi ki, Xankəndinə bir dənə
də olsun güllə atılmasın. Mikayıl Gözəlov Şuşa ətrafında gizlənmiş erməni
yaraqlılarını rus qoşunlarının komendatı ilə danışıqlar aparıb, Şuşanın qoçaq
oğlanlarının köməyi ilə tutub, türməyə salmışdı. Sonradan Bakıdan gələn
istintaq qrupunun rəhbəri Məbud Hüseynov Şuşa türməsindən ermənilərin çoxunu
buraxdı.
O gündən tam 28 il keçib... Orta məktəb savadı olan
Sarıtel nənənin doğru, necə deyərlər, professional fikir yürütdüyünü, dəqiq
analiz apardığını bugünü yazımla təsdiq etmiş oldum…
Həqiqətəndə
heyf elə oğullardan…çox heyf …
Yeri gəlmişkən,
o vaxt qatil Elbrus İbrahimov tutuldu və ömürlük həbs cəzası aldı. O da, elə həbsxanada
dünyasını dəyişdi. "Cənnət- cəhənnəm” məfhumuna inansaq, yerini təyin etmək çətin
deyil.
Əntiqə Rəşid
Digər Xəbərlər

Azərbaycan 2050-ci ilə qədər bu öhdəliyi götürüb - Tağıyeva

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib - FOTO
jpg-1701425736.jpg)
3 il əvvəlin möhtəşəm elanı: “Böyük sevinclə bildirirəm ki, Laçın işğaldan azad olundu"

DİN-dən odlu silahlarla bağlı ÇAĞIRIŞ

Şeybani xanının təhqiri: Şahımızın hərbi taktikası, Mərv döyüşü, Xorasan fəthi

Laçının işğaldan azad olunmasının üçüncü ildönümü ilə bağlı videoçarx hazırlanıb - VİDEO

Stalinin təbriki: "Azərbaycan 30 noyabrda Zəngəzuru Ermənistana verdiyini bəyan etdi"
