Büdcədən 297 milyon manata yaxın vəsait geri qaytarılıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat vəsait geri qaytarılıb.
Adalet.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.
Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
Digər Xəbərlər
06 Noyabr 2026 17:08
Azərbaycan Çindən əncir idxalını bərpa edib
06 Noyabr 2026 10:40
"2025-ci ildə orta statistik işçi əvvəlki ildən daha az dəyər yaradıb"
05 Noyabr 2026 13:25
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
05 Noyabr 2026 11:40
Çipsi aksizli mal olacaq
05 Noyabr 2026 10:00
Demokratların qələbəsindən sonra ABŞ-nin iqtisadi siyasətində ciddi dəyişiklik gözləmək olarmı?
05 Noyabr 2026 09:52
“Hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan...”
05 Noyabr 2026 09:41
"Brent" ucuzlaşdı
05 Noyabr 2026 07:42


Bakı -°C

