Bakıda avtomobil klinikaya çırpıldı - Yaralılar var - VİDEO
Bakının Binəqədi rayonunda Cəfər Xəndan küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, "Universal Hospital"ın qarşısında yol ayrıcında günorta saatlarında baş verən qəza zamanı BMW və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW markalı avtomobil yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılıb. Klinikanın şüşələri sınıb.
Hadisə nəticəsində xəsarət alan şəxslər yaxınlıqdakı klinikaya yerləşdiriliblər. Yaralılar arasında azyaşlı da var. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.


Bakı -°C

