İgidlər aldılar sonda Şuşanı
Dişi-dırnağıyla dırmaşıb dağa,
Güllələr başına hey yağa-yağa,
Çevrilib gah sola,gahda ki,sağa,
İgidlər aldılar sonda Şuşanı.
******
Yağının əlində inildəyirdi,
Vətənim hər zaman yol gözləyirdi,
Düşmən başımıza od ələyirdi,
İgidlər aldılar sonda Şuşanı.
******
Azəri igidi mətindən-mətin.
Şuşanı almaq da çətindən-çətin.
Vətən çağırdı ki,köməyə yetin.
İgidlər aldılar sonda Şuşanı.
******
Adi silahlarla gedib üstünə,
Qorxmadan girdilər düşmən qəsdinə,
Ölümü dəyişib igid şəstinə,
İgidlər aldılar sonda Şuşanı.
******
Belə igidlərə Canımız qurban.
Başımız aşağı enmişdi yaman,
Artıq başımızdan çəklilib duman.
İgidlər aldılar sonda Şuşanı.
******
Yox idi düşmənin sayı-hesabı,
Baxdıqca insanın qalmırdı tabı,
Dolu idi düşməndə silahın qabı,
İgidlər aldılar sonda Şuşanı.
******
Vətən igidləri bir qartaldılar.
Düşmənləri öz tankı ilə vurdular.
Canlarını min əzaba saldılar.
İgidlər aldılar sonda Şuşanı.
******
Mən Zəfər Günü münasibətilə Azərbaycanın igid oğlu, Prezidentimiz cənab İlham Əliyevi, səriştəli komandirlərimizi, əsgərlərimizi, qazilərimizi və ümumiyyətlə, bütün Azərbaycan xalqını təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə rəhmət diləyirəm.
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.


Bakı -°C

