Abşeronda partlayış - İki nəfər xəsarət aldı
Abşeron rayonu, Fatmayı kəndində evdə partlayış baş verib.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
06 Noyabr 2026 10:57
İtkin düşən 3 nəfər tapıldı
06 Noyabr 2026 10:49
Mingəçevirdə yük avtomobili bataqlıqda batdı
05 Noyabr 2026 22:01
Bakıda avtomobil klinikaya çırpıldı - Yaralılar var - VİDEO
05 Noyabr 2026 09:47
Şəhid anası faciəvi şəkildə öldü
04 Noyabr 2026 17:29
Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
04 Noyabr 2026 12:18
Bakıda "Prado" ana və körpəsini vurdu - ANBAAN VİDEO
04 Noyabr 2026 10:13
İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb
04 Noyabr 2026 01:44


Bakı -°C

