28 Sentyabr 2025 00:18
79
İQTİSADİYYAT

AFB Bankdan kobud səhv: Azərbaycan bayrağını yanlış təsvir etdilər - FOTO

AFB Bank 27 sentyabr Anım Günü ilə bağlı etdiyi paylaşımda kobud səhvə yol verib.

Adalet.az Milli.Az xəbər verir ki, bankın sosial şəbəkə hesablarında paylaşılan videoda Azərbaycan bayrağı düzgün təsvir olunmayıb. 

Azərbaycan bayrağındakı ulduzun guşələrinin sayı artırılıb və ortaya anlaşılmaz bir təsvir çıxıb.

İradlardan sonra bank tərəfindən paylaşım silinib və foto formatında paylaşım edilib.

Qeyd edək ki, AFB Bank 2009-cu ildən fəaliyyət göstərir.