adalet.az header logo
  • Bakı -°C
17 May 2026 18:18
90
MƏMLƏKƏT
A- A+

İntensiv yağışların fəsadları aradan qaldırılır - FHN

Ötən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında intensiv yağışlar yağıb, düşən yağıntının miqdarı 103 mm qeydə alınıb ki, bu da aylıq normanın 523%-ni təşkil edir.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Belə ki, FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində, Sumqayıt şəhəri və Abşeron rayonunda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

İşlər bir sıra istiqamətlərdə yekunlaşıb, bəzi ünvanlarda hazırda davam edir.