adalet.az header logo
  • Bakı -°C
18 May 2026 10:24
86
DÜNYA
A- A+

ABŞ-nin bütün hərbi bazalarını məhv edərik! - İrandan xəbərdarlıq

ABŞ-nin Hörmüz boğazını blokada etməsi fonunda İran Fars körfəzinin cənubundakı bütün Amerika bazalarını məhv edə bilər.

Adalet.az xəbər verir ki, bunu İran Hərbi Komandanlığının Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari "X"da yazıb. 

"Yaxın gələcəkdə Fars körfəzinin cənubundakı bütün Amerika hərbi bazaları ləğv ediləcək", - deyə o, qeyd edib. 

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp razılaşma əldə olunmazsa, ABŞ-nin İrana "daha sərt" zərbə endirəcəyini bildirib və Tehranı tələsməyə çağırıb.