adalet.az header logo
  • Bakı -°C
18 May 2026 14:30
52
İDMAN
A- A+

"Qalatasaray"ın sabiq futbolçusu istefaya göndərildi

Almaniyanın "Ayntraxt Frankfurt" klubu baş məşqçi Albert Rieranın vəzifəsindən ayrıldığını açıqlayıb.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə birlikdə onun köməkçiləri də komandanı tərk ediblər.

Qeyd edək ki, Riera yanvardan kluba rəhbərlik edirdi. Onun rəhbərliyi altında "Ayntraxt Frankfurt" Almaniya Bundesliqasını 44 xalla səkkizinci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

Xatırladaq ki, Albert Riera karyerası ərzində "Liverpul", "Qalatasaray", "Espanyol" kimi klubların şərəfini qoruyub.