adalet.az header logo
  • Bakı -°C
18 May 2026 13:45
69
GÜNDƏM
A- A+

Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (11.05.2026 – 17.05.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Adalet.az-a verilən məlumata görə, işğaldan azad edilmiş əraziləerdə 32 piyada əleyhinə mina, 25 tank əleyhinə mina, 378 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1266,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.