Daha bir itkin-şəhid dəfn ediləcək
Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidin dəfn mərasimlərinə dair məlumatında bildirilib.
Birinci Qarabağ müharibəsində hərbçi kimi iştirak etmiş Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.


Bakı -°C

