adalet.az header logo
  • Bakı -°C
18 May 2026 09:56
84
GÜNDƏM
A- A+

"Bakıda bu qədər yağış görməmişəm" - Anar Quliyev

"WUF13 forumunun ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi və bu da iqlim dəyişikliyinin nəticəsidir".

Adalet.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

“Düzünü desəm, Bakıda böyümüş bir insan kimi mən heç vaxt bu qədər yağış görməmişəm. Bu, normal deyil. Amma üzləşdiyimiz reallıq budur. Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. Biz iqlim dəyişikliklərinə uyğunlaşmağın yollarını tapmalıyıq”.