hacklink Adalet.az | ZİDDİYYƏT Adalet.az | ZİDDİYYƏT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ZİDDİYYƏT

23356    |   2010-05-15 01:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bilgisayarın qarşısında əyləşdim ki, tariximizə yönəlik ulu babalarımızın bəşəriyyətə bəxş etdiyi ərməğanlardan daha birini yada salım, ancaq erməni məsələsiylə bağlı ziddiyyətin çəkisi ağır olduğundan bu mövzuda yazmaq qərarına gəldim.
   
   Marcus Tullius Cicero E. Q. 106-43 illəri arasında ömür sürmüş Romalı bir xətib, yazıçı və dövlət xadimidir. Bu sözlər onundur:
   
   "Bir millət, içindəki axmaq və hətta böhtançıları yerində oturda bilər, ancaq öz daxilindəki satqınlarla və xainlərlə bir yerdə qəti yaşaya bilməz. Sərhədləri pozan düşmən silahlarını və bayraqlarını aşkar şəkildə göstərərək gəldiyinə görə daha az təhlükəlidir, çünkü nəyi var məlumdur. Ancaq bir xain, xain surətində görünməz, o xəyanət elədiyi insanlarla eyni dildə danışar, onların simasına bürünər və onların tezislərindən istifadə edərək millətin siyasi həyatına daxil olar, bütün qapılardan azad şəkildə keçər və səsi ən yüksək səviyyəli dövlət dəhlizlərindən eşidilər, orada millətin ruhunu məhv etməyə başlayar. Siyasi qurğuya hər cürə xəstəlik yoluxduraraq onun həyati qüdrətini iflic edər. Bir qatil onlardan daha az təhlükəlidir".
   
   Biz, bizə sığınanlar barəsində tarix boyu əsla pis niyyət daşımadıq, ancaq onlardan bəziləri bizlərə xəyanət elədilər. Bu gün də daxildəki xəyanət davam edir. Keçmiş vaxtlarda çəkilən iztirabları birtərəfli düşünərək yad edənləri, tarixdə yaranmış və əsla bizim yaratmadığımız hadisələrin günahını, üzr istəyərək millətimizin boynuna yıxıb ona günahkar möhürünü basmağa çalışanları gördükdə ürəyim ağrıyır. Balkanlardan Qafqazlara kimi müsəlman olduqlarına görə kütləvi şəkildə qırğına məruz qalanların, ata-baba ocağından didərgin salınanların iztirablarını dilinə də gətirməyən, onlara o zülmləri edənlərin üzr istəməsini əsla gündəmə gətirməyənləri minlərlə il əvvəl Cicero ən gözəl şəkildə təsvir etməyibmi?! Torpağı çox olsun, Qrant Dink öldürüləndə ki, əsla razılaşmadığım bir hadisədir, bu olay üçün doğrudan da ürəyi ağrıyanlar qədər, ondan, ələ düşmüş bir fürsət kimi istifadə edənlər də oldu. Biz, yaradılanı Yaradandan ötrü sevən bir millətik. Ancaq, Qrant Dink olmasa içimizdəki satqınların kim olduğunu və onların hansı tonda danışdıqlarını, eynilə bizlər kimi olduğunu hardan bilə bilərdikə!
   
   Əziz dostum Aqil Abbasın bu məsələdə yazdığı ardıcıl iki məqaləni ibrətlə oxudum. Hər Allahın günü sağımızda və solumuzda gördüyümüz, eyni dili danışdığımız, eyni libasları geyindiyimiz, eyni musiqiyə qulaq asdığımız, televiziya ekranlarında, boyaqlı qəzetlərin səhifələrində hər cəhətdən çəkilmiş fotolarını gördüyümüz bu insanlar, hər Allahın günü ağızlarıyla nəcib millətimizə nəcasət tullayırlar.
   
   Türkiyə, daha düzü Anadolu Türklüyü 19-cu əsrdən üzübəri imperialistlərin hücumuna məruz qalıb. Osmanlı Dövlətinin yıxılmasında imperialistlərin böyük payı vardır. Ancaq ən önəmli pay isə daxildə bizdən biri kimi görünən xainlərdir. Bu bioloji növlər, Azərbaycanda da bir vaxtlar kürsülərdə özlərini nümayiş etdirmişdilər və Azərbaycanın işğala məruz qalmasında böyük pay yiyəsi olmuşdular. Azərbaycan məclisində kürsüyə çıxıb "Məşədi İbad" tamaşasını səhnələyən kimi Məmmədəmin Rəsulzadəni göstərib "Bu olmasın, o (Ruslar) olsun" diyəcək qədər də üzləri çarıqdandı. Çox şükür ki, İlham Əliyev hakimiyyəti bunları müqəddəs Azərbaycan torpaqlarından təmizləməyə davam edir. Əgər Anadolu Türklüyü, Allah eləməsin, məğlub olarsa türklük deyilən həqiqət də aradan gedər, millət olaraq kütləvi şəkildə məhv olduğumuz kimi ilahi ədalət də bizimlə birgə yer üzündən çəkilər, bir sözlə məhşər olar. Çünkü türk milləti dünyadakı ədalətin zəmanətidir. Tanrının ən sevimli millətidi və bu səbəblə də onu qoruyan Ulu Tanrıdı. Bəli, Türkiyə, dünya türklüyünün alınmaz qalasıdır. Allaha şükür, Anadolu xaricindəki özlərinin dədə-baba yurdlarında yaşasalar da, öz milli şüurunu dərk etmiş milyonlarla kadrlarımız vardır. Onların hər biri kürreyi-ərzi tərsinə döndərəcək şüura və biliyə malik bacı-qardaşlarımızdır. Bu el dayaqlarımızı daim televiziya ekranlarında, qəzet və jurnallarda, yüksək kürsülərdə görürük. İmperialistlərin kürkünə birəni də bu kadrlarımız doldurur, ancaq qorxunun əcələ xeyri yoxdur...
   
   Sorosların ciblərini doldurduğu, ürəkləri dolların yaşıl rəngi ilə qızınan və onların şəhadət barmağıyla oturub-duraraq ermənidən də daha qatı ermənipərəst kəsilənlər yaxşı bilsinlər ki, bu millət onları əsla unutmayacaqdır. Tariximizi yaxşı oxusalar görərlər ki, səbr kasamız dolduqda qarşımızda kim dözüm gətirə bilib..! Yenə Soroslar və İvanlar yaxşı bilir ki, bugün onlara pula satılanlar, özlərindən daha artıq verən olsa bu biyoloji növlər onları da satar. Satqınlar, bu dünyaya nə cür tüfeyli kimi gəliblərsə elə də gedəcəklər, bu dünyanın qanunudur...
   
   Ruhunu, şərəfini və bütün varlığını imperialistlərə satanların, hətta bu yolda mükafat belə alanların hay-harayına aldananlara 1892 ilində Xankəndində dünyaya gəlmiş Ohanes Apresyan adlı bir erməninin 1928-ci ildə ABŞ-ın İndianapolis şəhərində (Thə Bobbs-Mərril Company) adlı nəşriyyat tərəfindən buraxılan xatirələrindən (Mən Arə Likə That) bir hissəni təqdim etmək istəyirəm. Çünkü Anadoluda, İngilis, Fransız, ABŞ və Ruslar tərəfindən türklərə qarşı qışqırdılan ermənilər, Azərbaycanda da ruslar tərəfindən burğac kimi qurularaq burada yaşayan soydaşlarımıza hücum çəkdirilmişdi. Bir sözlə, Xocalı soyqırımı kimi neçə neçə qırğınları xalqımız hələ o illərdə görmüşdü. 1905-ci ildə Yaponlara məğlub olan rusiyada çar idarəsi ölkədəki nəzarəti əldən vermiş, qafqazda müstəqillik küləkləri əsməyə başlamışdı. Ruslar buna mane olmaq üçün ermənilərdən həmişəki kimi o vaxt da türklərə qarşı maşa kimi istifadə etmişdi. Ohanesin o vaxt gördükləri və xatirələrində yazdıqlarından bir hissə:
   
   "Şuşada türklərin yaşadığı məhəllələr yerlə yeksan edilmişdi. Bütün evlər dağıdılmış, sahibləri boğazları kəsilərək qətlə yetirilmişdi. Həmin hadisələr, Xankəndində türk məhəlləsində yaşayan türklərin də başına gəlmişdi.
   
   ...Rus komandir ardında da saldatlar bizə gəldi və "daha qaroul işimiz qurtardı, türklərə istədiyinizi eliyə bilərsiniz, biz eşiyə çıxmayacayıq" deyən kimi bizimkilər silahlarını götürüb türklərin evlərinə sarı cumdular. Yazıq türklər başlarına gələcəkləri hiss etdiklərindən qapılarını bağlayıb, çıraqlarını keçirtmişdilər. Bizimkilər əvvəlcə qapıları yumruqlayıb döydülər, səs-səda gəlməyincə qapıları qırıb evlərə girdilər və sonuncu türk öldürülənə kimi qırğın davam etdi. Bu məşum gecə boyu mən dəhşət içində idim və qorxudan bir küncə qısılmış, bizimkilərin vəhşiyanə nərələrini və çarəsizlik içindəki qurbanlarının fəryad-fəğanlarını eşitməmək üçün qulaqlarımı əllərimlə möhkəmcə tıxmağa çalışaraq sabahı diri açmışdım".
   
   Bu sətirlər xatirələrdən sadəcə olaraq bir neçə cümlədir. Bunlar, içimizdəki satqınlara, xainlərə və dünyadaki adil insanlara inşallah bir gün gələr bir şey başa sala bilər..
   
   Boynumuza "dırnaqarası soyqırım" böhtanını tuği lənət kimi yapışdırmağa çalışanlara lazımi cavabı 1919-cu ildə Amerikalı general Harbordun rəhbərliyindəki heyətin hazırladığı arayış vermişdi. Arayışdan bir cümlə":...İddia edildiyi kimi, hadisələrlə bağlı acınacaqlı və dəhşətamiz bir iddianın düz olmadığı aydındır".
   
   Obama hələ dünən Amerikadakı ermənilərdən səs ala bilmək və ya özgə mülahizələr üçün nə deyirdi?!
   
   İmperialist əməllərindən əsla əl çəkməyən İngiltərə, Osmanlı dövlətinin dağılmasına səbəb olduğu kifayət etmirmiş kimi, nəcib millətimizi, üsyan etdirdikləri erməniləri ölkənin hərb olmayan yerlərinə köçürdük deyə bizi hərb günahkarı kimi qəbul etdirmək üçün dəridən qabıqdan çıxdı. İstanbulu işğal etdiklərində hakimiyyətdə olan İttihad və Tərəqqi Partiyasına mənsub yüksək səviyəli 144 dövlət xadimini tutub Malta adasına sürgün elədilər və orada zindana saldılar. İngiltərənin Washingtondakı səfiri R. C. Craigiə, bizə, əsla qəbul edilə bilmiyəcək böhtanları atan İngiltərənin başnaziri Lord Curzona 13 iyul 1921-ci il tarixində şifrli bir teleqram vuraraq belə deyirdi:
   
   "Maltada zindanda olan Türklərin əleyhində dəlil kimi istifadə oluna biləcək heçbir şey olmadığını bildirməkdən narahatçılıq çəkirəm. Kifayətli dəlil olacaq hər hansı müşəxxəs hadisə yaranmayıb. Hazırlanmış arayışlar, əla Həzrətləri Kralımızın hökümətinin əlində olan məlumatları gücləndirməkdə istifadə olunacaq dəlilləri də əhatə eliyəcək səviyyədə deyildir".
   
   İmperialist, vampir xarakterli bir imperiyanın dövlət xadimlərinin və çörəyimizi yeyərək bizə düşmən kəsilən, Xocalı kimi bir soyqırımı yaradan bir xalqın nümayəndəsi olan Ohanesin o vaxt dediklərinə, bir də bugün bizim birandyanların, pambıqyanların söylədiklərinə baxın.
   
   Keçmiş vaxtlarda imperialistlərin və ermənilərin etirafları ilə bugünkü iddialar arasında yerlə göy qədər ziddiyyət yoxdurmu?! Mənmi yanılıram yoxsa?!


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK