Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BEZDİM Adalet.az | BEZDİM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BEZDİM

24179    |   2015-02-21 01:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dərd dərdin əlini tutur

Ramiz Rövşən

Olanlar olmuşdu mənə
Olmayanlar gəldi yenə.
Dərd dərdin əlindən öpüb,
Gülümsədi bir-birinə.

Sordum nə var çəkiləsi?
Dinəmmədi heç birisi.
Didibdilər sevincimi,
Ələ gəlmir bir tikəsi.

Ha istədim kənar gəzim,
Dərdlər kənar gəzmədi heç.
Dərdlərin əlindən bezdim,
Onlar məndən bezmədi heç.

Buraxmırlar ki, yaxamı,
İtkin salıblar yuxumu.
Bir əlləri başımdadı,
Yaman çəkirlər "qayğı"mı.

Dərd də tapır dərd çəkəni,
Bunun varmı ki, çarəsi?
Didibdilər sevincimi,
Ələ gəlmir bir tikəsi...


ÖLMƏK NƏ QƏRİB BİR ŞEY ANNE

Türk mahnısı

Ölmək nə qərib bir şey anne,
Qoxlayamadığın çiçəklər açar yenə,
Saçına toxunamayacaq küləklər əsər yenə...
ətrini duymadığın çiçəkləri,
saçına toxunmayan küləkləri
sevmək nə qərib bir şey.
Ölmək nə qərib bir şey anne...
Yenə günəş batır, ay çıxır,
yenə kimsə darıxır.
Səni islatmayan yağışlar yağır,
Yağır üstünə.
Ölmək nə qərib bir şey anne,
Səndən sonra yenə
hamı bir-birinə oxşayır.
Sənnən sonra yenə
kimsə sənə oxşamır.

MUĞAYAT OL

Qara torpaq muğayat ol anamdan

Zakir Fəxri

Aman torpaq muğayat ol anamdan
Ana dedim onun kimi sənə də.
Sinəsində uyuyardım bir zaman,
İndisə o uyuyubdu sinəndə.

Nə qarası, nə də ağı doymayan
Saçlarını bir az oxşa, tumar çək.
Aman torpaq, muğayat ol anamdan,
Üz-gözünə bir azca da sığal çək.

Ha böyüdüm uşaq oldum mən ona
Ana qəlbi dincəlmədi bircə an.
Sığınıbdı uşaq kimi qoynuna,
Ana kimi muğayat ol anamdan.

Hey gizlədi ürəyində hər qoru,
Ömründəki nə borandan, nə qardan
Mən qoruya bilmədim ki, sən qoru
Nə olar ki, muğayat ol anamdan...

Həsrətiylə için-için yanıram,
Gizli qalsın, dərdə salar anamı.
Onsuz bir gün gedəcəyəm yanına,
Ona kimi muğayat ol anamdan.
Ana kimi muğayat ol anamdan...

***
Ana,
Bir vaxt qocaldığına ağrıyardım,
İndi qocalmadığına ağlayıram...


BİZ OLMADI

Hərənin öz havası,
Havamız bir olmadı.
Hərənin öz dünyası
Dünyamız bir olmadı,
Nə mən sən ola bildim,
Nə sən mən ola bildin,
Biz olmadı əslində.
Hər cığırda, hər izdə
Axtardınmı məni sən?
Hər baxışda, hər gözdə
Səni görmədim ki, mən?
Nə mən sən ola bildim,
Nə sən mən ola bildin,
Biz olmadı əslində.
Elə "sevirəm" dedik,
sevməyi asan bildik.
Gah küsdük, gah barışdıq,
sevgini oyun bildik,
nə mən sən ola bildim,
nə sən mən ola bildin.
Biz olmadıq əslində.
Axtarmayaq günahkar
Günahlar da bizimdi
Bədbəxt olmağa nə var,
Xoşbəxt olmaq çətindi...
Nə mən sən ola bildim,
Nə sən mən ola bildim.
Lap bir azca, azacıq
Biz ki heç "biz" olmadıq...

***
Qumar oynayan
İki oyunçudu insan-zaman.
Biri uduzan, biri udan.
Nəyi varsa uduzub anbaan
Sonda ölümü udur insan.

Qurtuluş

Boğ içindəki nifrəti,
Hələ nifrətdən
xoşbəxt olan olmayıb.
Uzaq ol xəyanətdən,
hələ xəyanətdən
Xoşbəxt olan olmayıb.
Xoşbəxt ola bilmədiyin nə varsa
Şeytan əməlidi.
Qurtul onlardan.
Xilas ol içindəki şeytandan.
Xilas ol ki, xoşbəxliyi duyasan
Xoşbəxt olasan.


SORĞU

Dünya səndən gedən var,
kimdi gedən bildinmi?
Bir "xoş getdin"dedinmi?
Deyə bildinmi?
Yola saldınmı ürəyiycə?
ya ürəyincə...
Dünya sənə gələn var,
kimdi gələn bildinmi?
Bir "xoş gəldin"dedinmi,
deyə bidinmi?
Qarşıladınmı ürəyiycə?
Ya ürəyincə...


DÜNYA MƏNƏ DAR GƏLİR

Nəm dolubdu gözümə,
Gülmək mənə ar gəlir.
Yer tapmıram özümə
Dünya mənə dar gəlir.

Bu həyatdı bilirəm,
Kim ağlayır, kim gülür.
Mən ki, gülə bilmirəm
Dünya mənə dar gəlir.

Nə olsun yer kürəsi
ölçüsünü dəyişmir?
Yurdum tikələnibsə
Dünya mənə dar gəlir.

Ana dedim vətənə,
Anam yaralı gəzir.
Bir yer göstərin mənə,
Dünya mənə dar gəlir.

Dünya mənə dar gəlir
Torpağım var yad əldə.
Bu dərdi çəkən bilir
Nələr çəkirəm mən də...

Əzizim gözüm gülər,
Ürəyim gözüm gülər.
Düşmənə dar eyləsəm
bu gen dünyanı əgər,
yer taparam özümə,
mənim də üzüm gülər.



YAZARIN ARXİVİ

2015-02-21 : BEZDİM
2014-12-13 : CAN BORCU
2014-07-19 : ELƏ SEVİNİRƏM
2014-07-05 : CEYHUN olmasaydı
2014-05-09 : Möhtəşəm gün
2014-04-19 : Eyibdi axı
2014-02-22 : ALİK-ALEKO-ƏLİ
2014-02-08 : NƏ DEYİRSİZ
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK