Vallah adam ha istəyir ki, fikir verməsin, ancaq mümkün olmur. Daha doğrusu, mən fikir vermirəm ey, o məsələlər özləri tək səbir kimi durur qarşımda. Qalıram mat-məəttəl. Necə deyərlər, yuxarı baxıram bığ, aşağı baxıram saqqal. Di baş aç görüm, necə açırsan. Bir az da yazı-pozu adamıyam deyə dərhal eşitdiyim sözə həmqafiyə axtarıram. Bax, elə "saqqal" sözü işlətdim, yadıma "çaqqal" düşdü.
Heç bilmirəm çaqqalın yeridi ya yox, amma çaqqal söhbəti də ciddi məsələdir. Özü də onun mövzuya birbaşa dəxli var. Çünki bir neçə gün bundan əvvəl Xaçmazın Qədəşoba kəndində çaqqalların bir balaca "yürüş"ü olub. Bunu mətbuat da yazdı, televiziya da dedi. Dedilər ki, çaqqalar gecə yürüş ediblər, yəni hücum çəkiblər kəndə və bir xeyli mal-qaraya ziyanlıq vurublar. Düzdür, bu xəbər çox da böyük sensasiya deyil. Ən azı ona görə ki, bu, hər yerdə baş verə bilər. Xaçmazda da, Şəkidə də, lap elə Bakının özündə də. Yəni, istənilən yerdə, istənilən bölgədə. Arada Bakının adını çəkdim, yadımdan çıxmamış deyim. Elə Bakıda da babat "çaqqallar" var. Biri metroda, biri marşrutda, biri tərəzidə, biri mətbuatda. Bir sözlə, harda istəsən orda var. Oradan da əl uzadırlar millətin çörəyinə, cibinə, mənəviyyatına. Misal çəkməyə zənnimcə ehtiyac yoxdur. Nümunələr yetərincədir. Hansı sahəyə üz tutsan ordan qarşına mütləq çaqqal çıxacaq. Atalar elə-belə deməyib ki, "meşə çaqqalsız olmaz". Bunu xaçmazlılara təskinlik üçün demirəm, sözgəlişi deyirəm. Qayıdaq məsələnin üstünə. Deməli, Xaçmazın Qədəşoba kəndində çaqqal məsələsi gündəmdən çıxmamış onun ardınca gündəmə uzunqulaq məsələsi gəldi. Bilmirəm oxumusunuz, eşitmisiniz ya yox...oxuyub eşitmisinizsə çox yaxşı. Və oxuyub eşitdiyinizi oxumayıb eşitməyənlərə deməmisinizsə, bu çox pis. Onda mən deyim, barı o oxumayıb eşitməyənlər də bilsinlər. Hə, məsələ belədir də o Xaçmazın Qədəşoba kəndi var idi ha, orda çaqqallar yürüş edəndə səkkiz nəfərə də ziyan vurmuşdular. Sən demə, məsələ bununla qurtarmayıbmış. Sən demə, əjdahanın yekəsi tövlədəymiş. O da çıxıb tövlədən, yəni...
... Yəni əksər kəndlərdə olduğu kimi, Qədəşobada da uzunqulaq saxlayırlar. Təbii ki, uzunqulaq məsləhətə gələn, yük götürən, heç bir etiraz nümayiş etdirməyən (təbii ki, ta özündən çıxartmayasan də!!!), bir sözlə, üzüyola, başıaşağı, quyruğu dik bir heyvandır. Nə qədər yük vursan qayıdıb üzünə də baxmaz. Hətta palçığa batanda da etirazını bildirmir. Uzağı palçıqda yatır, üstündəki yükə də nə olur olsun, vecinə də deyil.
Uzunqulağın bu qədər tərifini deməkdə, yəni əlamətlərini sadalamaqda məqsədim var. Rəhmətlik Əziz Nesin vaxtilə bu barədə sanballı bir şey yazıb. Vaxtınız olsa onu da tapıb oxuyarsınız. Amma mən yenə də qayıdıram Qədəşoba kəndinə. Deməli, burada uzunqulaq (oxu - eşşək) 45 yaşlı Niyazinin qarnından dişləyib. Sensasiya bə necə olur? Bunu qəzetdə oxuyanda, televiziyada görəndə əməlli-başlı özümdən çıxdım. Nətəri olur ki, sovet dönəmində at, it, dəvə, tay nə bilim nə adamları dişləyirdi. Nə dişlənəndən, nə də dişləyəndən səs çıxmırdı, heç qonşu da bilmirdi. Uzaqbaşı həkim gəlib quduzluğa qarşı iynə vurardı, bununla da iş bitmiş olurdu. Amma indi işlər tamam tərsinədir. Qədəşobada çaqqallar bir qələt eləyib bütün kənd, bütün Xaçmaz dəyib bir-birinə. Onu da gətirib yamaq eləyiblər uzunqulağa, deyirlər ki, guya çaqqallardan quduzluq uzunqulağa da keçib və mütləq təhlükə aradan qaldırılmalı, atəş nöqtəsi susdurulmalı, uzunqulağın ilk çıxışı elə beşikdəcə boğulmalıdır. Doğrudur, bunun üçün əməliyyat planı hazırlanıb, sərrast nişançı dəvət olunub, mərasim düzənlənib və o sərrast nişançı da bir güllə ilə uzunqulağın alınından nişan alaraq onu qanına qəltan eləyib, sonra "Belorus" traktoru tapıb dünyaya anqıra-anqıra vida deyən uzunqulağın cəsədi kəndin kənarına aparılıb əməlli-başlı, özü də yanacağın bu baha vaxtında üzərinə neft tökülərək yandırılıb. İntahası mən dəqiq bilmirəm o neft olub, yoxsa dizel yanacağı. Kənd təsərrüfatı işlərinin bu qızğın çağında dizel yanacağını elə-belə dağıtmaq, özü də havaya sovurmaq, qiymətini nəzərə almamaq bağışlanılmaz cinayətdir.