ANA SƏHİFƏ / YAZARLAR

“Kurtlar vadisi” («Ergenekon») AKP-nin pususumu? - lll dalğa

Aqil Abbas

73098    |   2014-02-13 17:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanın içində Türkiyədə həqiqətən bir Dərin dövlət oduğuna və bu Dərin dövlətin ABŞ-da, Rusiyada, İsraildə, İngiltərədə… olduğu kimi Türkiyədə də dövləti qoruduğuna bir inam var. Hələ axmaq-axmaq mənim də içimdə az da olsa buna bir inam yaşayır. Belə bir məşhur deyim var: «Allah olmasa da insanlar onu uyduracaqdılar». İndi Türkiyədə də Dərin dövlət olmasa da insanlar onu sevgidən uydurmalıydılar və uydurublar da.

«Kurtlar vadisi»nin də sifarişçilər tərəfindən qarşısına qoyulan əsas məqsədi insanların uydurub sevdikləri və inandıqları Dərin dövlət inamını məhv etməkdir. Filmin sifarişçiləri də, yaradıcıları da istəklərinə yüz faiz çatıblar. Tam arxayın ola bilərlər.

Dərin dövlət istəyirsiz? Alın, bu da sizə Dərin dövlət!

Filmdə Dərin dövləti kimlər təmsil edir?

Başda «İxtiyarlar» durur – yəni Dərin dövləti idarə edənlər.

Bu gün həyatdakı qarşılığı «Ergenekon» soruşdurmasında adı keçən əməkli orgenerallardan (aralarında əməkli genelqurmay başkanları da var), generallardan, böyük dövlət adamlarından, Türkiyəni dünyada tanıdan aydınlardan təmsil olunmuş - «Encumani daniş» (bilmirəm adını düzgün yazdım, ya yox). Onların da çoxu ya həbsdədi, ya da göz altında. Bu məsələ barədə sonra.

İkinci. «İxtiyarlar»ın əmrlərinin icraçıları: Polat Elemdar və İsgender Böyük.

Başlayaq hamımızın sevdiyi Polat Elemdardan. Bu adamın şüarı: «Vətən, Millət, Sakarya…» Türk xalqının böyük oğludur, milliyyətçidir, dövlətçidir. Dövlət və millət üçün canını və həyatını qurban qoyub. Soruşa bilərsiz ki, can və həyat eyni şey deyilmi? Xeyr! Amma bunların fərqini açıb filosofluq eləməyə nə həvəsim, nə də vaxtım var, bağışlayın.

Və buna görə onu sevirik, ona inanırıq. O qədər sadəlövhük ki, İzzət Bağırov ədası ilə yeriyən bu oğlanın nəinki Türkiyəni, hətta Türk dünyasını xilas edəcəyinə inanırıq. Bir daha ssenariçiyə də, rejissora da, aktyora da əhsən.

Bəli, bu Adam əlinə silah götürüb killer kimi düşüb məmləkətin canına. Və indiyədək az qala Türkiyənin 20-25 faizini qırıb. Hələ mən onun Sağ və Sol əllərinin, İsgender Böyüyün adamlarının, Muronun, Barmaqsızın, barmaqlının öldürdüklərini də bura əlavə etsəm, Türkiyənin əhalisi 80 milyondan 40 milyona düşər.

Filmdən çıxan məna. Buyur, ay millət! Məmləkətdəki bütün faili-məchul cinayətləri sayın Ərdoğan başda olmaqla AKP-nin mübarizə apardığı Dərin dövlət - yəni «Ergenekon» törədib.

Bildiyiniz kimi, «Ergenekon» soruşdurması iddianaməsinə hələ də faili-məchul qalan (bizdə millət vəkilləri Aydın Məmmədov və Dilarə Əliyevanın ölümü kimi) Abdulla Çatlıya edilən terror da əlavə olunub. Sanıqlardan Yaşar Öz adlı birisi ifadə verib ki, Abdulla Çatlını da «Ergenekon»un (oxu- «İxtiyarlar») əmri ilə onlar həyata keçirib.

Bu sirr deyil ki, Türkiyədə, eləcə də Türk dünyasında Abdulla Çatlıya böyük bir sevgi var. Ermənilərin «Asala» terror təşkilatını tarixin səhnəsindən silən Abdulla Çatlı haqqında hətta həmin dönəmin başbakanı Tansu Çillər demişdi:

- Türkiyə üçün güllə atan da, güllə yeyən də Türkiyənin şərəfidir.

Və millət adı Qırmızı bülletenə düşən Abdulla Çatlının tabutunu Türkiyənin ən sevimli bir cocuğu kimi Türk bayrağı ilə bələdi. Bu ona türk millətinin ən böyük sevgi və sayğısının nümayişi idi.

Yaxşı, Polat Elemdara bunları bağışladıq: «Vətən, Millət, Sakarya…»

Belə bir qeyrətli oğlanın Sağ əli nə ilə məşğuldu, paralar necə qazanılır? Sağ əl Memati kabadayıdı, hərac yığır, liman basır, silah qaçaqmalçılığı ilə məşğuldur, yəni ən çirkin işlərlə.

Al, bu da sənə Türkiyəni xilas edəcək Polat Elemdarın Sağ əli Memati.

Xəlil İbrahim heroin üstə həbsə atılıb. Həbsdən qaçırırlar. Niyə? Qanunlar Xəlil İbrahimə aid deyilmi? Bu Xəlil İbrahimin də ən çox inandığı və sevdiyi adam da Vətən xaini Cavid Akarsu.

Al, bu da sənə Türkiyəni xilas edəcək Polat Elemdarın dayısı Xəlil İbrahim!

Sol əli Abdulhey əqidə, savaş dostunun, Vətən və Millət yolunda şəhid olan dostunun dul xanımı ilə sevişir.

Bu Türk kurallarında ən böyük xəyanətdir. Bozqurdçuluqda nəinki dostunun, hətta düşməninin də dul qadınına vurulmağın, onunla sevişməyin cəzası edam idi. Nihal Atsızın «Bozqurdlar» romanında bunun çox gözəl örnəyi var.

Sultan Çini işğal edir. Sultanın birinci sərkərdəsi olan Oğlu, qələbənin qazanılmasında müstəsna rol oynayan Oğlu döyüşlərdə həlak olmuş bir çinlinin dul xanımı ilə sevişir. Sultan bunu biləndə gözünün işığı övladını bütün sərkərdələrin və hətta qurultayın xahişinə baxmayaraq edam etdirir. Niyə? Türk millətinin kuralını pozub.

Al, bu da sənə Türkiyəni xilas edəcək Polat Elemdarın Sol əli Abdulhey! Ümumiyyətlə, alın, bu da sizə Türkiyəni xilas edəcək Polat Elemdarın «ailəsi».

Polat Elemdar obrazının həyatda, «Ergenekon»da qarşılığı olan şəxslərin adını çəkə bilərəm. Amma ehtiyac yoxdu, Türk kamuoyu bunu məndən daha iyi biliyor.

«Kurtlar vadisi»nin millətin gözünə soxmaq istədiyi bu: Buyur, millət, sən bu adamları sevirsən?! Sən bu adamlara inanırsan?! Sən bu adamlara Türkiyənin xilaskarı kimi baxırsan?! Və sair və ilaxır, at gəldi, örkən apardı.

Keçdik İsgender Böyüyə. O da gəncliyində Polat Elemdar kimi «Vətən, Millət, Sakarya...» söyləmiş, amma sonra yolunu ayırmış, daha dəqiq desək, yolunu azmış, daha böyük sevdalara takılmış.

Yəni Polat Elemdarın 10-15 ildən sonrası.

Yəni bugünki Polat Elemdar sabahın İsgender Böyüyüdü.

İsgender Böyük özü bir dövlətdi və Polatdan hər mənada – həm ağılda, həm iqtisadiyyatda, həm əhatə dairəsində, əlaqələrində, xarizmasında – güclüdür. Polat Elemdar kimi dəlisov cocuq deyil, özü əlinə silah götürüb o gözəl musiqinin altında xoşuna gəlməyənləri tappa-turupla öldürmür. Ağır oturub batman gəlir. Bizim Ağdamda bir laf vardı. Polat Elemdar kimilərinə deyərdilər ki, cibinə bir az daş yığ ağır gəl. Yəni İsgender Böyük cibinə bir az daş yığıb ağır oturub batman gəlir.

İşləmədiyi cinayət qalmır. Məmləkəti barmağına sarıyır. İstihbarat da onun üçün çalışır, savçı, yarğıc da, əmniyyət də, millət vəkilləri də, hətta ordunun bir parası da. Kefi istəyir albay öldürdür, istəyir general öldürdür, istəyir millət vəkili. Hələ ki, bircə Polat Elemdarı öldürməyib. Səbəbi də çox sadədi, rejissor icazə vermir.

Dərin dövlətin də bir üzvü bu - İsgender Böyük.

«İxtiyarlar» da (oxu – «Encumani daniş») Polat Elemdara deyil, İsgender Böyüyə etimad göstərir (al, bu da sənə «İxtiyarlar». Al, bu da sənə «Encumani daniş»). İsgender Böyüyü istihbaratın başına gətirirlər.

Bir az əvvəl söyləmişdim ya (Türkiyə türkləri demiş- İstanbul ağzı), «İxtiyarlar» - «Encumani daniş» məsələsi barədə bir az sonra. Al, bu da sənə bir az sonrası.

Gəldik çatdıq «İxtiyarlar»a. Al, bu da sənə əməkli orgenerallardan, generallardan, böyük dövlət adamlarından, aydınlardan təşkil olunmuş Atatürkçü «Encumani daniş» (adı səhv yazıramsa bağışlayın).

(3-cü seriyanın sonu. 4-cü seriya gələn həftənin bu günü)

13.02.2014


İmza:
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK