deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | MARTIN BİRİNCİ YARISI Adalet.az | MARTIN BİRİNCİ YARISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MARTIN BİRİNCİ YARISI

25519    |   2009-03-07 03:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tornton Uaydlerin məşhur bir əsəri var: "Mart idusları". Yuli Sezarın həyatının son günlərini təsvir edən bir romandı. Əslində müəllif öz müasirləri haqqında, həyat, dünya haqqında düşüncələrini Yuli Sezarın dilindən verir - məktublaşmalarında. "Mart idusları" tarixə Sezarın qətli ilə düşüb. Salnaməçilərin yazdığına görə, baxıcı Yuli Sezarı martın birinci yarısında onu təhlükə gözləyəcəyindən xəbərdar edibmiş. Martın 15-də Senatın pillələrində falçı ilə rastlaşan Qeysər istehza ilə: "Mart idusları başladı" deyəndə, falçı "başladı, amma bitmədi" cavabını verir. Bir neçə dəqiqə sonra Yuli Sezar öldürülür. Şeksprin məşhur pyesindəki "Mart iduslarından özünü gözlə!" ifadəsi ədəbiyyatda çox yayğındı.
   
   Gələk "idus" anlayışına. Yuli Sezarın təqvim islahatlarına qədər mart ilin birinci ayı sayılırmış. Qeysər dəyişiklik aparır və ilin başlanğıcı konsulların işə başladığı vaxtdan, yəni yanvardan hesablanır. Hər ayın 1-ci günü "kalenda", 15-ci günü "idus", 5-ci günü "nona" adlanır. Yəni anlayacağınız "idus" ayı yarıya bölür. Etimologiyaya görə, "iduare" "bölmək" deməkdi. Təqvimin tarixini öyrənsəniz çox maraqlı faktlarla rastlaşarsınız, amma mənim məqsədim başqadır.
   
   Martın 5-də rus televiziyalarında Stalinin ölümü ilə bağlı silsilə proqramlar göstərildi. Bilmirəm gürcülərin yeni ağaları onlara Stalinin adını çəkməyə icazə verirlər, ya yox, amma ruslar unutmurlar. Haqlı-haqsız nəsə deyirlər.
   
   Rus çarları hər zaman özlərini Roma imperatorlarının varisi sayıblar, hətta gerbləri də ordan götürülüb. Deyək ki, vəzifəsinin Baş katib adlanmasına baxmayaraq, Stalin də rus çarı idi. Özü də elə bir çar idi ki, əliyalın, yoxsul bir dövləti İkinci Dünya Müharibəsindən atom bombası ilə çıxarmışdı. Elə bir çar idi ki, adı gələndə Qərb dövlətləri, xüsusən də gürcülərin indiki ağaları çox narahat olurdular. Paradoksal bir şeydi - gürcü rus çarı və indiki gürcülər. Hər halda 1953-cü il martın 5-də "xalqlar atası"nın qəfil ölümü müxtəlif versiyalar, şayiələr doğurmuşdu. Stalinin ölümünün növbəti ildönümündə Moskvada Valeri Boldinin "Qırmızı qürub" adlı kitabı çap olunub. 80-in sonu 90-cı illərin əvvəllərində Kremldəki vəziyyəti izləyənlər Boldini xatırlayarlar yəqin. Valeri Boldin Sov.İKP MK-da ümumi şöbənin müdiri, Baş katibin köməkçisi, lap sonda Qorbaçov administrasiyasında Prezident Aparatının rəhbəri vəzifələrində çalışıb. Axıra yaxın guya qutulara pul doldurub Kremlə gətirəndə yaxalanmış, Qorbaçov da onu işdən çıxarmışdı. O vaxt bu hadisəni hətta Mərkəzi televiziyada da göstərmişdilər. Bu, məsələnin siyasi tərəfidi, daha doğrusu, saray intriqalarıdı, buna toxunmuram. Boldin vəzifə gərəyi çox gizli mətləblərə yaxın olduğundan Stalinin ölümü ilə bağlı protokollara baxa bilib və belə bir fikir yürüdür ki, Stalin öz əcəli ilə ölməyib, onu aradan götürüblər. Müəllif Stalinin son qeydlərindən çıxış edərək SSRİ-də və Şərqi Avropa blokunda aparılacaq dəyişmələrdən yazır, xəstə rəhbərin başına yığışmış həkimlərin xatirələrini verir və elə burdaca baş verən intriqaları təsvir edir. Ən əsası isə Stalinin ölümündən sonra ölkənin taleyindəki dəyişmələrin neçə onilliklər əvvəl ölən rəhbərlə başladığını qeyd edir. Stalindən sonra Kremlə rəhbərlik etmiş beş Baş katibin heç birinin zamanın tələbinə cavab verə bilmədiyini, ölkədəki siyasi-iqtisadi vəziyyətə hakim ola bilmədiyini yazır və onların bütün cəhdlərinin yalnız özlərinin kürsüsünə xidmət etdiyini iddia edir. Sovet hökumətinin son beş ili isə Qərbin nazı ilə oynamaq, mövqelərin zəifləməsi ilə xarakterizə olunur. Müəllifin fikrinə görə, dramatik mart hadisələrindən sonra keçən onilliklər ərzində SSRİ-nin mövcudluğu yalnız və yalnız Stalinin qurduğu dəmir intizama borcludur. Dramatik mart hadisələri - yəni 5 mart Stalinin ölümü (ya qətli?). "Mart iduslarından özünü gözlə!" ifadəsi yerinə düşür.
   
   Stalin rus çarı idi və Rusiyaya xidmət edirdi. Qəribə idi ki, rus tarixində martın birinci yarısında öldürülmüş bir neçə çar var. Özü də onlar bu və ya digər şəkildə nəyisə dəyişməyə cəhd göstərən, islahat aparmaq istəyən şəxslərdir.
   
   ... I Pavel Romanovlar sülaləsinin ən çox müzakirə olunan nümayəndəsidi. Bəzi tarixçilər onun hətta bu nəslə aid olmadığını da yazırlar, II Yekaterinanın çoxsaylı məşuqlarından doğulduğunu iddia edirlər. İddiaları bir kənara qoyaq, ana və oğul arasında münasibətlər daim gərgin olub. Ana oğulu heç bir dövlət işinə yaxın buraxmayıb, oğul isə ananın siyasətini, həyat tərzini ittiham edib. I Pavelə görə, çariçanın siyasəti yalançı təriflərə, riyakarlığa söykənir. Pavel özü isə imperiyada güclü hüquq dövləti yaratmaq, zadəganların imtiyazlarını ləğv etmək haqqında düşünür və həm də atasının qətlində anasını günahkar bilir (haqlı olaraq). İmperatriça oğlunu taxt-tacdan məhrum edib nəvəsi Aleksandrı vəliəhd elan etmək istəyir. Lakin 1796-cı ildə anasının ölümü ilə Pavel taxta keçə bilir. Və Rusiya tarixinin qarışıq bir dövrü başlayır. Müttəfiqlərini əlcək kimi dəyişən Rusiya cürbəcür avantürist hərbi kampaniyalara qoşulur. Anasına olan nifrəti Paveli yeni bir qanun imzalamağa sövq edir. Bundan sonra qadınlar rus taxtına sahib ola bilməyəcəklər. Romanovların sonuna qədər bu qanun qüvvədə qalır, indi də işləyir. Anasının apardığı hər siyasətə qarşı çıxan oğul həm də yuxarı eşalonun mənafelərinə toxunanda vəziyyət pik həddinə çatır. Paveli taxtdan endirmək planları cızılır. İlkin olaraq çarı taxt-tacdan imtina etməyə məcbur etmək istəyirlər. Yerinə ingilis regentin gətirilməsi düşünülür (yenə ingilis barmağı). Pavel sui-qəsddən xəbər tutur, bəzi adamlar cəzalanır. Ancaq bu, hadisələri bir az da sürətləndirir və çara ölüm hökmü imzalanır. Bir versiyaya görə, Paveli ağır, qızıl tütün qabı ilə gicgahından vurub öldürürlər. Sarayda bu, uzun müddət lağ mövzusu da olur. Rəsmi elan olunmuş ölüm səbəbində çarın beyninə qansızma nəticəsində vəfat etdiyi elan olunduğuna görə "qızıl tütün qabının sızdırdığı qan" deyirlərmiş. Başqa bir versiyada Pavelin boğulduğu deyilir və vəliəhd şahzadənin də bu işdə iştirakı qeyd olunur. Deyilənlərə görə, I Aleksandr ömrü boyu ata qatili olmasının ağrısını yaşayıb, çoxsaylı uşaqlarının kiçik yaşda ölməsinin səbəbini də Tanrının qəzəbi kimi qiymətləndirib. Hətta bir az mifik görünən versiyaya görə, Aleksandr özünə bənzəyən bir əsgərin cəsədini yataq otağına gətirdib imperatorun ölmə xəbərini ölkəyə duyurduqdan sonra ucsuz-bucaqsız Rusiyanın monastırlarını rahib kimi dolaşmağa başlayıb. Yerinə qardaşı I Nikolay keçib. Ancaq söhbətimiz martın birinci yarısı öldürülmüş I Pavel haqqında idi. "Mart iduslarından özünü gözlə!"
   
   "Mart idusları" zamanı qətlə yetirilmiş başqa bir rus çarı II Aleksandr idi. Tarixə islahatçı və xilaskar kimi daxil olmuş bu çara dəfələrlə sui-qəsd olunub. II Aleksandrın fərmanı ilə təhkimçilik hüququ ləğv olunub, senzura məhdudlaşdırılıb, ümumi hərbi mükəlləfiyyət tətbiq olunub. Dağ xalqlarına azacıq da olsa muxtariyyət verilib, məhkəmə sistemi təkmilləşdirilib və daha nələr, nələr. Təbii ki, çarın qətli hər şeyi yarımçıq qoyub. Ən əsası isə II Aleksandr konstitusiyalı monarxiya fikrini dəstəkləyirmiş. O vaxta qədər Rusiyada konstitusiya deyənin dilini kəsə bilərdilər. Tarixə azdan-çoxdan bələd olan adam kimi deyə bilərəm ki, "islahat" sözünü fikrindən keçirən hər hansı hakimin aqibəti eyni olub. Bir tərəfdən slavyan xalqlarının Xilaskar adlandırdığı çar o biri tərəfdən polyak millətçilərinin nifrət obyekti idi. Bolqarıstanın Osmanlıdan azad olunması üçün Rusiya nə qədər maddi-fiziki resurslarını xərcləmişdi. 1878-ci ilin 3 martında San-Stefanoda bağlanan sülh Osmanlı imperiyası üçün ağır şərtlərlə imzalanmışdı, 500 illik müstəmləkələrini itirmişdilər. Buna görə də Sofiyada II Aleksandrın şərəfinə küçələr var, "Xilaskar çar" abidəsi qoyulub, dərsliklərdə adı xüsusi hörmətlə çəkilir. 1894-cü ildə isə Finlandiyanın paytaxtında çara abidə qoyulub. Fin mədəniyyətinin və dilinin inkişafındakı xidmətlərinə görə. Amma 1863-64-cü illərdə Polşa üsyanı xüsusi amansızlıqla yatırılıb. 1866-cı ildə birinci sui-qəsd zamanı ona güllə atan Dmitri Karakozovu çarın yanına gətirəndə ilk sualı:
   
   - Sən polyaksan? - olan çara sui-qəsdçi "yox, təmiz rusam" - deyibmiş. Amma polyaklar da müxtəlif yerlərdə çara hücum ediblər. Yəni II Aleksandr nə qədər islahatçı olsa da bir o qədər də uğurlu imperialist idi. Qafqaz müharibəsindəki qələbələr onun ilk hakimiyyət illərində qazanılıb. 1865-81-ci illərdə Orta Asiyanın, Türküstanın böyük bir hissəsi imperiyanın tərkibinə daxil olub. Ancaq indi rusların göz yaşı tökdükləri Alyaskanı da Birləşmiş Ştatlara II Aleksandr icarəyə verib.
   
   Bir neçə sui-qəsddən salamat çıxan II Aleksandr 1881-ci ilin 13 martında İqnati Qrinevitskinin atdığı bomba ilə ağır yaralanır. Qanaxmadan vəfat edir. Deyilənlərə görə, həmin gün çar konstitusiya ilə bağlı proyektin hazırlanmasına razılıq veribmiş. Çarın ölümü ilə həmin proyektin üstündən də xətt çəkilir. Bu fikri sonradan II Aleksandrın nəvəsi II Nikolay gündəmə gətirsə də həll olunmamış qalır. Məlum səbəblərdən. Həmin o səbəblərdən də inqilabdan sonra çarın Rusiyadakı abidələri dağıdılır. Yalnız 2005-ci ildə Moskvada II Aleksandra yeni abidə ucaldılır. Və postamentində belə yazılır: "İmperator II Aleksandr. 1861-ci ildə təhkimçilik hüququnu ləğv edib və milyonlarla kəndlini köləlikdən qurtarıb. Hərbi və məhkəmə islahatları aparıb. Yerli hakimiyyət, şəhər duması və torpaq idarəçiliyi sistemini yaradıb. Uzun Qafqaz müharibəsinə son qoyub. Slavyan xalqlarını Osmanlı zülmündən qurtarıb. 1881-ci ilin 1 (13) martında terror aktı nəticəsində həlak olub".
   
   Ruslar son illər öz tarixlərinə diqqətlə yanaşmağa başlayıblar. Doğrusu da budur. Hər şey axır, dəyişir və həm də təkrar olunur. Bundan nəticə çıxarmaq lazımdı. Bir maraqlı faktı da qeyd edim. II Aleksandr indiyə qədər Rusiyaya hakimlik etmiş çarların içində (bugünküləri də nəzərə almaq şərtilə) Moskvada doğulmuş yeganə şəxsdi. Amma martın birinci yarısında öldürülmüş yeganə şəxs deyil. "Mart iduslarından özünü gözlə!" demişlər, bir zaman.
   
   ... Bütün dünyanı böhran bürüyüb. Hər gün bir şirkətin, böyük iqtisadi qurumların çökməsi, insanların intiharı haqqında xəbərlər eşidirik. Görəsən, bizi nə gözləyir? Yazımın əvvəlində Uaydlerin romanını xatırlamışdım. Yazıçı dövrü haqqında demək istədiklərini Sezarın epoxasına aparmışdı. Yuli Sezarın dövründən bu günə çox kalendalar, iduslar, nonalar keçib. Mart başlayıb, amma hələ bitməyib...


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK