ANA SƏHİFƏ / ƏDƏBİYYAT

“Ziya Məmmədova məktub yazıb təklif etdim ki, dayanacaqlarda kitabxana yaradaq, amma...”

7800    |   2019-10-22 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu hansı quruma aiddirsə, özləri-öz aralarında problemi çözməli idi, yəni məncə bunun qurbanı "Kitab dayanacağı” olmalı deyildi”

Adalet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında "Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu deyib. Ş.Xuduoğlu vaxtilə özünün də belə bir çıxış etdiyini bildirib:

"Bütün hallarda kitabla bağlı yeni nə baş verirsə, buna yaxşı baxıram. Yəni ki, kitab dayanacaqlarının olmasının yalnız xeyri var, müsbət bir addımdı, onu sökməkdənsə, yaşamasına nəfəs vermək lazım idi. Aydın məsələdir ki, "Kitab dayanacağı” layihəsi bizimlə əməkdaşlıq etməyib, hər gün yeni bir kitab nəşr edən nəşriyyat kimi bizdən kitab almayıblar. Amma ümumiyyətlə mütərəqqi bir addımdır, mədəniyyətə xidmət edən bir layihədir. Məncə onu sökmək düzgün deyildi. Bu artıq hüquqa dirənən məsələdir. Bu hansı quruma aiddirsə, özləri-öz aralarında problemi çözməli idi, yəni məncə bunun qurbanı "Kitab dayanacağı” olmalı deyildi. Onu sökməkdənsə, deyərdilər ki, dayandırın, hüquq məsələsini həll edək.

Belə bir dayanacaqların yaradılmasıyla bağlı illər öncə özümün şəxsi təşəbbüsüm olub. Sabiq nəqliyyat naziri Ziya Məmmədova məktub yazıb bildirdim ki, icazə verin, dayanacaqlarda kitabxana yaradaq. Bunun eskiz layihəsini də ona göndərmişdim, amma təəssüf ki, məktuba heç bir cavab verilmədi”.
Çox maraqlıdır ki, indi Quran oxuyub, şeir yazan Ziya Məmmədov nazir olduğu vaxt naşirin kitabla bağlı təklifinə niyə cavab verməyib?



İmza:
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK