ANA SƏHİFƏ / DÜNYA

HONQKONQDA DEMOKRATİYA SINAĞI

32519    |   2019-06-14 09:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə gündür ki, Honq Konqu kütləvi etiraz dalğaları bürüyüb. Aksiyalarda yüz minlərlə insan iştirak edir. Nümayişçilər ekstradisiya haqqında qanuna dəyişiklər edilməsiylə bağlı yerli qanunverici orqanda başlayan müzakirələrə etiraz edirlər. Yeni layihə ekstradisiya haqqında qanunun bəzi maddələrini dəyişdirməklə proceduru daha da sadələşdirməyi nəzərdə tutur ki, bu da əhalini təşvişə salıb. Əgər layihə qəbul olunsa, onda Çin Xalq Respublikası ölkənin demokratik təsisatlara malik bu regionundakı istənilən "arzuolunmaz şəxsi”, sadə dildə desək, Pekinə aparıb orda mühakimə eləmək imkanı qazanacaq.

Xatırladaq ki, Honq Konq ÇXR-nın bir əyaləti olsa da özəl statusa malikdir. İngilislər 1898-ci ildə Cənubi Çin dənizində yerləşən və 262 adadan ibarət olan bu ərazini 100 illiyinə hələ o vaxt Çini idarə eləyən Sin imperiyasından icarəyə götürmüş, ötən əsrin sonlarında isə onu xüsusi statuslu ərazi kimi geri qaytarmışdılar.

Honq Konqun geri qaytarılmasıyla bağlı danışıqlar uzun müddət davam eləmiş və çox çətin keçmişdi. Məsələni çətinləşdirən Çinlə Honq Konqun tam fərqli social-siyasi sistemə malik olmaları idi. İngilis idarəçiliyi dövründə tətbiq olunan siyasi və iqtisadi azadlıqlar nəticəsində bölgə Asiyanın və bütövlükdə dünyanın nəhəng maliyyə mərkəzlərindən birinə çevrilmişdi. Təsəvvür edin ki, əhalisi təxminən ölkəmizin əhalisinə yaxın, ərazisisə İsmayıllı rayonunun yarısı boyda olan bu şəhərin ümumi daxili məhsulu Azərbaycanın eyni göstəricisindən 4-5 dəfə çoxdur.

Çindəki diktatura rejiminin tabeçiliyinə keçəndən sonra bütün bu nailiyyətlərin heç olacağı təkcə beynəlxalq siyasi və maliyyə dairələrini yox, elə yerli əhalinin özünü də natahat edirdi. Odur ki, Honq Konq geniş muxtariyyət hüququna malik ərazi kimi Çinə qaytarılır. Hazırda müdafiə və xarici siyasət məsələləri istisna olaraq şəhərin idarəçiliyi büsbütün yerli idarəetmə orqanlarının əlindədir.

Ekstradisiya haqqında qanuna dəyişiklikləri öz azadlıqlarına təhlükə kimi görən əhali bunun qarşısını almaq üçün sonadək mübarizə etmək əzmindədir. Təxminən 1 milyon nəfərin iştirak elədiyi ilk yürüşdən sonra şəhər meri Kerri Lemin çıxışı isə nümayişçiləri qəzəbləndirib. Xanım Lem həmin çıxışında bildirib ki, bu nümayiş Honq Konqluların hüquqlarının pozulmamasının ən bariz nümunəsidir. O, eyni zamanda qanun layihəsinə dəyişikliklərin rəsmi Pekinin təzyiqiylə edildiyinə dair fikirləri də təkzib edərək deyib ki, bu dəyişiklik ilk növbədə şəhər əhalisinin özünə lazımdır. Nümayişçiləri aqressivləşdirən isə merin düzəlişlərin qəbulu istiqamətində müzakirələrin davam etdiriləcəyi ilə bağlı fikirləri olub. Nəticədə dünənki yürüş artıq çoxsaylı iğtişaşlarla müşayiət olunub. Hadisələrin öz məcrasından çıxaraq başqa istiqamətdə inkişafından qorxuya düşən şəhər rəhbərliyi müzakirələri qeyri-müəyyən vaxta kimi təxirə salmağa məcbur olub.

İğtişaşlar vaxtı nümayişləri dağıtmaq üçün şəhərə Çin ordusunun yeridiləcəyi barədə informasiyalar yayılsa da, sonradan bu məlumatlar təkzib edilib.

ADALET.AZ




İmza:

1700-ə qədər ruhi xəstə səhvən xəstəxanadan buraxıldı

Yaponiyaya gələn turistlərə pul veriləcək

ÜST: İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var

Britaniya tarixində ilk: Hicablı müsəlman qadın hakim seçildi

Maldiv adalarında turistlər üçün yeni QAYDALAR

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır

Koronavirus ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını sürətləndirib

Polşa prezident seçkiləri ərəfəsində

Almaniyada sosial təmaslara qoyulan məhdudiyyətləri yüngülləşdirməyə qərar verilib

Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur

Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 100 mindən az artıb

Peskov: “Putin kimlə şəxsən görüşəcəyinə özü qərar verir”

SON XƏBƏRLƏR
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK