viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DAĞ VAR, "DAĞ" VAR... Adalet.az | DAĞ VAR, "DAĞ" VAR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DAĞ VAR, "DAĞ" VAR...

22402    |   2013-04-27 00:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kimsə qadir olduğu imkandan artıq, böyük - böyük danışanda ironiya ilə "elə bil alçaq dağları bu yaradıb!" deyirlər. Bu söhbətdən belə nəticə çıxarmaq olurdu ki, yəni, dağı yaratmaq insan gücü səviyyəsində deyil. Hələ onda da alçağını. Olsa-olsa, dağı çapmaq, yarmaq olar. O da hər kəsə nəsib olan iş deyil, "Fərhad və Şirin"dəki Fərhaddan başqa! Və bunu da ancaq onun kimi dəlicəsinə sevənlər sevdiyi üçün edə bilərdi. Sevənlər də ki, indi facebookda elçi düşüb, "yox" cavabını alan kimi yeni ünvan axtardığından dağ çapmağa ehtiyac qalmır.

Bir də dağı dinamitlə partladıb, yol, su çəkmək haqda bilirdim. Amma son dövrlərdə gördüyüm hadisələr hələ çox şeylərdən xəbərsiz olduğumu göstərdi. Sən demə, nəinki dağ çapmaq, hətta o dağın özünü də yaratmaq olarmış...

Son illər şəhərimizin bəzi ərazilərində, xüsusilə yol kənarlarında "dağ yaratma" əməliyyatı başlayıb. Yaşayış yerləri ilə yol arasında, mağazaların, benzindoldurma məntəqələrinin qarşısında, bir sözlə, yol kənarında boş qalan bütün sahələrə sözün həqiqi mənasında dağ çəkilir!

İri tonnajlı yük maşınları aylarla bu sahələrdə tıxac yaradaraq torpaq daşımaqla məşğul olurlar. Sonra başqa iri texnikalar gələrək bu torpağı yaymağa, tapdalamağa başlayır. Üst-üstə tökülən torpaqlardan yaranan süni təpələrin üstünə otlar əkilir. Otların ortası da müxtəlif formada, ölçüdə ağaclarla, uşaq oyuncağını xatırladan cürbəcür fiqurlar, butalar, rəngbərəng işıqlarla bəzədilir. Hər tərəfə iri güllərlə yazılmış şüarlar, aid olduğu rayonun adı yazılaraq sanki sərhədlər bildirilir. Heç Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respulikası birləşməmişdən əvvəl aralarında belə ayırıcı işarələr yox idi!

İlk vaxtlar bu mənzərə gözə xoş görünsə də, sayı artdıqca, süni görünüşü ilə zövqləri korlamağa başladı. Bu yaxınlarda bir verilişdə təsadüfən xaricdən gətirilən ağacların qiymətini öyrəndim. Neçə olsa yaxşıdı? O dağların təpəsində isti ölkələrdən gətirilərək əkilmiş yoluq ağacların birinin qiyməti 500 manat dəyərində imiş! Bu hesabla boyu bir metrdən az, heç kölgəsi, iri yarpaqları da olmayan yüzlərlə dekorativ ağacların təkcə yol kənarındakılarının qiyməti milyonlara bərabərmiş. Üstəlik mənzərə də azərbaycançılıqdan çıxıb, Afrikanı, Braziliyanı, Birləşmiş Ərəb Əmirliyini... xatırladır. Bütün bunların əvəzinə şöhrətli çinarımızı, palıdımızı, qovağımızı, vələsimizi, göyrüşümüzü, şamımızı, küknarımızı unudur, nəslinin kəsilməsinə göz yumuruq. Külli miqdarda maliyyə hesabına yaranan bu süni gözəllikdənsə, ondan qat-qat az xərc və zəhmət çəkməklə yol kənarında əkilən çinar, yaxud şam ağacı daha çox fayda və gözəllik vermiş olmazdımı?

"Yox, əgər varlığa nə darlıq" deyirlərsə, onda sinəsinə bu yeni yaradılan dağlardan böyük dağlar vurulmuş, yurd yeri, meşələri, çəmənləri düşmən tapdağı altında mələr qalan, çinarı, meşəsi, dağları, çayları üçün ciyərləri kabab olan, sayda bir milyondan artıq deyilsə də, məskunlaşdığı yerdə üç o qədər artan qaçqınlarımızın problemini həll etmək olmazmı bu pullarla? Yaxud Salam Qədirzadənin təbirincə desəm, "ev" dərdindən "lənməyən" gənclərimizə ucuz ipoteka xidmətləri, kasıb, amma savadlı tələbələr üçün güzəştlər, uşaq evlərində böyüyüb, on səkkiz yaşından sonra küçəyə atılan sabahı naməlum (əslində məlum!) gənclər, küçələrdə kimsəsiz, diləndirilən uşaqlar üçün sərf etmək olmazmı. Hansı daha faydalı olar- süni dağmı, yoxsa xeyriyyəçilikmi?

Nədənsə biz həmişə başqalarına bənzəmək, başqaları kimi danışmaq, geyinmək, bir sözlə, həmişə kənardan nümunə götürmək istəyirik. Bu məsələ o qədər qanımıza işləyib ki, hətta ən yüksək səviyyədə hər hansı məsələ barədə açıqlama verən məmurlarımız da kəlməbaşı Avropa standartlarını misal çəkməyi özlərinə sanki borc bilirlər. Geyimimiz millilikdən çıxdı, adət - ənənəmiz avropalaşdı, dilimiz, hətta qanımız qarışdı, indi də təbiətimiz xariciləşməyə başlayıb. Artıq Azərbaycana gələn hansı ölkədə olduğunu ayırd edə bilməyəcək. Çünki biz hər tərəfə meyil salmaqla çaş qalmaq təhlükəsi qarşısındayıq. Ən yaxşısı, elə özümüz olmaqdı.

Dağ mövzusunu kifayət qədər şaxələmək, genişləndirmək mümükündür. Onun coğrafi və mənəvi anlamları bu gün bir-birinə o qədər qarışıb ki, o dağların altından təkbaşına qalxmaq mümkün deyil. Bircə yol var: dağlarımıza söykənib, "dağlardan" sinəmizi xilas etmək!

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK