Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Dünyadakı “ticarət müharibələri” daha da qızışır - Ekspertdən PROQNOZ Adalet.az | Dünyadakı “ticarət müharibələri” daha da qızışır - Ekspertdən PROQNOZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Dünyadakı “ticarət müharibələri” daha da qızışır - Ekspertdən PROQNOZ

3542    |   2018-10-12 10:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Beynəlxalq fond birjlarında ciddi geriləmə müşahidə olunmaqdadır. Fond birjalarında yaranmış panikanın Beynəlxalq Valyuta Fondunun xəbərdarlıqları ilə bağlı olduğu bildirilir. Belə ki, sentybarın 26-da Federal Rezerv Sisteminin dolların uçot dərəcəsini 2-2,5% diapazonuna qaldırması dövlət istiqrazlarının kütləvi satılmasına yol açıb. Nəticədə ABŞ-ın NASDAQ 100, Dow Jones və s. əsas birja indeksləri mənfiyə yuvarlanıb.

Ötən gün isə Çin, Yaponiya, Koreya və Yeni Zelandiyanın maliyyə bazarları mənfiyə doğru gedib.ABŞ fond birjasında müşahidə olunan geriləmə səhər saatlarında Honq Konq birjasının 3%, Yaponiya birjasının 3,5%, Kospi fond birjasının da 3,5% düşməsinə yol açıb.

Asiyanın MSCI indeksi 3,86% ümumi dəyər itirib. Çinin telekommunikasiya nəhəngi "Tencent”in qiymətli kağızları da 7% ucuzlaşıb.

İqtisadçı Natiq Cəfərli dünya maliyyə bazarlarında yaranmış böhran dalğası ilə bağlı prqonozlarınıModern.az-la bölüşüb. N.Cəfərli qeyd edib ki, son 2 gün ərzində dünya fond birjalarında çöküş müşahidə edilir:

"Birjalardakı göstəricilərdə kəskin hərəkətlilik hiss olunur. Amerika, Avropa, Çin, Yaponiyada bir gün ərzində təqribən 4-5 faiz enmə müşahidə edilir. Bunun bir çox səbəbləri var. Əsas səbəbləri də dünya ticarət müharibələrinin daha da qızışması ehtimalı ilə bağlıdır. Çünki həm Amerikadan, həm də Çindən gələn məlumatlara görə, anbarlarda hazır məhsulların həcmi kifayət qədər artır. Bu da həmin ölkələrdə ticarətin zəiflədiyini deməyə əsas verir. Həm Amerikanın, həm də Çinin mal satışı zəifləyib. İnvestorlar hələlik əllərindəki vəsaitlərin nağdlaşdırılmasına çalışır, yaxud da inkişaf etmiş dövlətlərin borc kağızlarını alırlar. Ona görə də iki gün ərzində Amerika və Almaniyanın dövlət istiqraz kağızların satışı sürətlənib. Bu tendensiya var. Amma bu davam etməlidir ki, sistemli böhranın yarandığını deməyə əsas olsun. Cəmi iki gündür prosesi görürük. Proses bir neçə gün, bir neçə həftə davam edəcəyi təqdirdə dünyada yeni situasiyanın, böhran dalğasının olma ehtimalını artıracaq. Ona görə də bir müddət gözləmək lazımdır ki, proseslərin hansı yönə yönəldiyini bilək. Amma görünən odur ki, Amerikada, Çində, Avropada ticarət müharibələrinin dayandırılması üçün ciddi addımlar atılmır. Bu da investorları narahat edən amilə çevrilir. Proses davam edəcəyi halda, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına ciddi təsir göstərəcək”.


Gözlənilən maliyyə böhranının Azərbaycana təsirlərinə gəlincə, ekspert bunun neft qiymətlərinin ucuzlaşacağı təqdirdə mümkün olacağını deyib:

"Azərbaycana yeganə təsiri neft qiymətlərində ola bilər. Neft artıq 87 dollardan 81 dollara qədər ucuzlaşıb. Tendensiya davam edəcəyi halda neftin ucuzlaşması gözləniləndir. Bu isə iqtisadiyyatının 90 faizi neft və təbii qaza bağlı olan Azərbaycan üçün müsbət proqnozlar vəd etmir”.




İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK