ANA SƏHİFƏ / YAZARLAR

DÖYÜŞ

21008    |   2013-04-06 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Batalyon komandiri qarşıdakı yüksəkliyi ələ keçirmək üçün bir neçə gün bundan əvvəl böyük bir plan cızmışdı. Səhərdən axşama qədər həmin planın üstündə həm özü, həm də döyüşçü yoldaşları baş sındırmışdılar. Bu plan özü də elə-belə plan deyildi. Əgər  döyüş planda olduğu kimi, baş tutsaydı, "Qızılqaya" yüksəkliyi ələ keçirilə bilərdi. Yüksəkliyin  ələ keçirilməsi o demək idi ki, artıq burda ermənilərin mövqeyi və yaşayış məntəqələri əl içi kimi görünərdi...
Komandir qaşlarını çatıb, əsəbi halda döyüşçülərə üz tutdu:
- Bilirsiniz, bu döyüş ölüm-dirim məsələsidi?! Ya döyüşüb "Qızılqaya"nı almalıyıq, ya da elə ölüb orda qalmalıyıq!..
Komandiri dinləyən döyüşçü əsgər Allahyar özünəməxsus bir formada dilləndi:
- Komandir, biz ölməyə yox, "Qızılqaya"nı almağa gedəcəyik! Heç birimiz ermənilərdən zəif deyilik. O qədər belə döyüşlər görmüşük ki?!  Bizi heç nə qorxuda bilməz!
Döyüş yoladaşı Əziz isə Allahyarın bu sözlərindən daha da ürəkləndi və dedi:
- Biz bir-birimizi neçə ildir tanıyırıq. Hələ burdakı oğlanların heç biri sinəsini qoyub, kürəyini gülləyə verməyib! Düzdü, gözümüzün qabağında Arif, Həsən, Həmid şəhid olublar, amma onlar da sinələrindən yaralanıblar! Biz bu döyüşdə nəyə qadir olduğumuzu göstərməliyik! "Qızılqaya"nı bu dəfə ələ keçirə bilməsək, itkilərimiz çox olacaq!..
...Havadan zəhər-zəhrimar yağırdı və bu zəhər-zəhrimar yavaş-yavaş sanki göydən yerə hopmağa başlayırdı. Aprel ayı olsa da, hava tam açılmırdı. Göy üzü gah tutulur, gah da qaralırdı. Elə fikirləşirdilər ki, bu gələn yaz deyil, payız fəslidi. Amma deyəsən, yazın da nəfəsi addım-addım duyulurdu. "Qızılqaya"nın yaxınlığındakı dərələrdə ot göyərmişdi. Qayanın sinəsində çəhrayı rəngə çalan və uzaqdan görünən güllər bitmişdi. Bu gülləri hələ ki, uzaqdan görmək olurdu!..
Əsgərlərdən biri diqqətlə durbinlə yenidən həmin yüksəkliyə sarı baxdı. Bu dəfə uzaqdan görünən otlar, çəmənlər və çiçəklər daha yaxından görünürdü! Sanki uşaqlar özlərini həmin çəmənlərin, otların və çiçəklərin içində hiss eləyirdilər. Çünki o uşaqlar "Qızılqaya"da o qədər ayaqyalın, başıaçıq ora-bura qaçmışdılar ki?! İndi həm o güllər, çiçəklər, həm də ayaq izləri üçün darıxanlar vardı. Durbinlə həmin səmtə baxan əsgər özünü saxlaya bilməyib əllərin dizinə vurdu:
- Heç belə də kişilik olar?! Burdan-bura on addımlıq yerə gedə bilmirik?! Burnumuzun ucu göynəyir, içimiz od tutub yanır, amma bir addım qabağa gedib o torpağa ayaq basa bilmirik, - deyə döyüşçü yoldaşlarını və özünü qınadı. - Amma özümüzdə güc tapa bilsək, "Qızılqaya"nı alacağıq və bayrağımızı ora sancacağıq!..
Onun döyüşçü yoldaşalrı da durbini əsgərin əlindən alıb yenidən "Qızılqaya"ya tərəf baxdılar. Baxdıqdan sonra hər birinin qanı yenidən qaraldı. Komandir uzaqdan döyüşçülərin "Qızılqaya"ya həsrətlə baxmasını hiss edib onlara yaxınlaşdı və yavaşca dedi:
- Axşama qədər dözün, gecə saat dörddə Allahın köməkliyi ilə həmin yüksəkliyi götürəcəyik!  Ancaq gərək biz ora döyüşə atılmamışdan əvvəl hər birimiz yaxşı-yaxşı fikirləşməliyik. Çünki biz döyüşə gedirik və ölümdən qorxmamalıyıq! Əgər sizdən kimsə qorxursa, bu döyüşə getməsin! Heç buna görə hər hansı əsgərə cəza da verən deyiləm. Kim qurd ürəyi yeyibsə, o bizimlə bir "Qızılqaya" yüksəkliyi uğrunda gedən döyüşə atılacaq!
Komandir bu sözləri döyüşçülərə söyləyəndən sonra diqqətlə onların çöhrəsinə baxdı. Çöhrəsinə baxdı ki, görüm əsgərlərdən hansının rəngi qaçıb və qorxub. Diqqətlə bir-bir yenə gözlərini əsgərlərin sifətində gəzdirdi. Gördü ki, yox, döyüşə getmək istəyən bir əsgərin belə sifətində qorxu hissi yoxdu!..
Yerdən əsgərlər bir ağızdan dilləndilər:
- Bu döyüşdə qorxu yox! "Qızılqaya" bizimdir, bizim olacaq!
Komandir əsgərlərin bir ağızdan belə deməsinə çox sevindi. Sevincindən az qala ürəyi ağzından çıxırdı. Əsgərlərin arasında ən döyüşkəni sayılan Allahyar əlini avtomatın sandıqcasına dirəyərək dedi:
- Komandir, bilin ki, bu döyüşdə mütləq "Qızılqaya"nı alacağıq! Ya Allahyar "Qızılqaya" uğrunda gedən döyüşlərdə öləcək, ya da Azərbaycan bayrağını o yüksəkliyə taxacaq!..
...Əsgərlərin hamısına sanki qeyri-adi bir güc gəlmişdi. Əsgərlər hər biri yaralı bir şirə dönmüşdü. Bu yaralı şirlər öz ocağına, öz yuvasına, öz torpağına sahib çıxmaq istəyirdilər. Bu yaralı şirləri heç kim yurdundan, yuvasından, min illik torpağından ayıra bilməzdi. Hətta Əzrayıl onların başının üstünü gəlib kəsdirsə, belə batalyondakı əsgərləri tutduğu yoldan qaytara bilməzdi. Bu əsgərlər çox döyüşlər, çox odlu-alovlu anlar görmüşdülər. Bu əsgərlər onu da görmüşdülər ki, hər hansı yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirəndə onlar necə sevinirlər və şəhid olan dostlarının ruhu necə şad olur!..
Əsgərlərdən biri  Allahyarı qucaqladı və alnından öpdü:
- Sənə süd verən ananı Allah saxlasın! Allahyar, biz həmişə səni döyüşlərdə belə görmüşük; əlinə silahı birinci götürmüsən, düşmənin üstünə getmisən və son güllənə qədər də döyüşmüsən! Ya Seyid Əşrəfin cəddi, sən bizə kömək ol, "Qızılqaya"nı götürək! - deyə Əziz yenidən Allahyarı bağrına basdı. Hətta onu bağrına basanda gözləri yaşardı. Heç özü də bilmədi ki, Allahyarı bağrına basanda niyə gözləri yaşardı?! Çünki həmişə hər ikisi bir-biri ilə çox yaxın olmuşdu. Döyüşlərin birində Əziz erməni mövqeyində ağır yaralanmışdı və onu ordan gecə saat ikidə Allahyar çıxarmışdı. Çox vaxtı Əziz deyirdi ki, məni göydə Allah, yerdə Allahyar xilas eləyib...
... Axşam saat üçün yarısı idi. Bir daha komandir əsgərlərə yaxınlaşıb son tapşırıqlarını verdi. Dedi ki, işarəmizi gözləyən kimi qəfil hücuma keçərsiniz! Əvvəlcədən hər əsgər öz mövqeyində və tapşırılan yerdə dayandı. Bir neçə dəqiqədən sonra isə hücum etmək  haqqında komandirin əmri verildi. Bir göz qırpımında "Qızılqaya" yüksəkliyi uğrunda ölüm-dirim savaşı başlandı...
..."İrəli!" - deyən komandir əsgərləri hücuma səslədi. Artıq "Qızılqaya" yüksəkliyindəki düşmən mövqelərinin hamısı ələ keçirilmişdi. Allahyar Əliyev ermənilərin ilk mövqeyini darmadağın dağıdandan sonra qarşıdakı döyüş postunu ələ keçirmək üçün əsgərlərə köməyə qaçdı.  Çünki həmin mövqedən ermənilər plomyotla əsgərlərimizə tərəf fasiləsiz atəşlər açırdı. Sanki güllə yağış kimi döyüşçülərimizin üzərinə səpələnirdi. Allahyar bunun hamısını görürdü. Allahyar onu da görürdü ki, yaxın silahdaşlarından biri açılan atəş nəticəsində yaralandı. O, sürünə-sürünə yaralanmış əsgər dostu Qubada sarı getdi:
- Qubad, qorxma, bu dəqiqə səni ordan çıxaracam! - deyib əsgər yoldaşına təsəlli verdi. - Amma başını qaldırma, başını qaldırsan yenidən səni snayperlə vuracaqlar!
Bu xəbərdarlıqdan sonra əsgər yoldaşı Qubad başını qaldırmadı və Allahyar sürünə-sürünə ona yaxınlaşdı. Gördü ki, Qubadın  ayaqları qanın içindədi. Hər iki ayağından Qubad yaralanmışdı, qan isə axırdı. Bunu dayandırmaq lazım idi. Allahyar  çantasındakı təmiz parçanı çıxarıb cəld onun ayağını möhkəm-möhkəm sıxdı. Möhkəm-möhkəm sıxdı ki, qanaxması dayansın! Sonra da Qubadı çiyninə alıb, bir az aşağı tərəfə endi. Aşağıda güllə tutmayan tərəfdə Qubadı həkimlərə təfil verdi...
...Yenidən arxa tərəfdən qayıdıb plomyotla atəş açılan posta yaxınlaşmaq istədi. Çünki plomyot  hələ də susmur, güllələri yağış kimi sağa-sola səpələyirdi. Allahyar dəfələrlə "Qızılqaya" yüksəkliyində olduğu üçün bütün yolları, çığırları və izləri əzbər bilirdi. Bilirdi ki, hansı çığırla getsə, orda minaya düşməyəcək və düşmənin döyüş postunu susdura biləcək. Çünki o cığırla hər adam gedə bilməzdi. Əgər naşı adam o cığırla getsəydi, ayağı sürüşərdi və yüksəklikdən yerə yıxılaraq  tikə-tikə olardı. Bir dəfə əsgərlərdən biri tanımadığı o cığırla gedəndə ayağı sürüşmüşdü və uçurumdan yerə düşmüşdü...
... Nəfəsini içinə çəkib, sakit-sakit dayandı. Qarşıdakı döyüşlər çox amansız idi. Çünki heç kim, heç kimə rəhm eləmirdi. Artıq erməni postlarının hamısı ələ keçirilmişdi, bircə qalmışdı ən uca yüksəklikdə olan postu ələ keçirsinlər. Ordan da plomyotla hər tərəfi atəşə tuturdular. Allahyar bunların hamısını yaxşı bilirdi. Sürünə-sürünə cığırla gecənin qaranlığında bir xeyli irəlilədi. Uzaqdan atılan fişəng ətrafı daha da işıqlandırdı. Postdakı ermənilər ətrafın işıqlandığını görüb, o mövqeyi yenidən möhkəm atəşə tutdular. Allahyar iri qayanın arxasına sığına bilmişdi. Bir müddət atəş susmadı.  Elə o istiqamətdə güllələr işıq saça-saça qayalara dəyib harasa uçurdu...
...Yenidən Allahyar dirsəyi üstə irəliyə tərəf süründü. Erməni mövqeyinə və postuna cəmi iyirmi metr qalmışdı. Qaranlıq olduğu üçün arxadan heç nə görmək mümkün deyildi. Birdən atəş dayandı. Plomyotun arxasındakı ermənilərdən biri siqareti çıxardıb yandırdı və əsgər yoldaşına dedi:
- Ara, bu müsəlmanların da nəfəsini belə kəsdik! Köpəkuşağı elə bilir ki, "Qızılqaya"nı almaq su içməkdi! Gördünüz, hamınızı necə qırdıq?!
Bir neçə qüllab vurandan sonra erməni əsgər siqareti söndürdü. Sonra da dedi ki, ara, birdən bu türklər uzaqdan bizi görərlər! Allahyar artıq dəqiq müəyyənləşdirdi ki, aralarında o qədər də çox məsafə yoxdu. Elə bu mövqeydən hər iki ermənini susdura bilər. O, hədəfi nişan aldı və fasiləsiz olaraq posta atəş açdı. Gördü ki, postdan səs gəlmir. Sürünə-sürünə onlara sarı yaxınlaşdı. Postdakı hər iki erməni al qanın içərisində idi. Amma sanki hardasa uzaqdan ermənilər Allahyarı sonuncu postda mövqeyi susdurmasını görürmüşlər. Allahyar  çox rahat halda ayağa qalxdı və uzaqda sığınan əsgərlərimizə tərəf qışqıraraq dedi:
- Qorxmayın, bu postu da məhv elədik!
Uşaqlar sevincidən papaqlarını göyə atıb-tutdular. Aralarında kimsə havaya bir fişəng də atdı və o da bərkdən qışqırdı:
- "Qızılqaya"nı ələ keçirdik!
Allahyar Azərbaycan bayrağını ən uca yüksəkliyə sancdı. Elə bu vaxt uzaqdan başqa bir erməni mövqeyindən snayperlə atəş açıldı. Güllə düz Allahyarın sinəsindən dəymişdi. O, yerə yıxılmamışdan qabaq döyüşçü yoldaşlarından biri olan Akif özünü ona çatdırdı:
- Allahyar, qorxma, sənə heç nə olmayıb!
Onsuz da Allahyar heç nədən qorxmurdu. Əgər qorxsaydı, könüllü surətdə Bəhmənlidən gəlib Füzuli batalyonuna qoşularaq döyüşməzdi. Allahyar ondan qorxurdu ki, ermənilər onun yurdunu işğal eləyər, torpağını alar və dədə-baba qəbiristanlığını tapdalayar. Allahyar bir də anasının, bacısının, qardaşının və doğmalarının əsir götürülməyindən qorxurdu. Və bunların da heç biri nə yaxşı ki, baş verməmişdi...
Akif onu qolarının arasına aldı. Yaralı sinəsinə dəsmalını basdı. Allahyar yenə danışırdı. Yenə deyirdi ki, nə yaxşı "Qızılqaya"nı ala bildik... Nə yaxşı Azərbaycan bayrağını ən uca yüksəkliyə sancdıq... Nə yaxşı uşaqlar və komandirimiz sevindi...
Komandir Allahyarın yaralandığını eşidib özünü ona çatdırdı və gördü ki, artıq o can verir. Komandir Allahyarın başını dizinin üstünə qoydu və qara saçlarını iki daşın arasında sığallayaraq dedi:
- Qardaş, səni ölməyə qoymarıq... Allah qoymaz səni ölməyə... Bir də səni bacın gözləyir... Anan gözləyir... Qardaşın gözləyir... Sevdiyin qız gözləyir... Heç Allah buna qıyarmı!..
Allahyar gözlərini açdı və axırıncı dəfə komandirə baxdı:
- Komandir, mən ölümdən qorxmurdum və indi də qorxmuram! Şükür olsun ki, bu yüksəkliyi aldıq. Gör, nə qədər mənim kimi oğlanlar bu yüksəklik uğrunda döyüşüblər və şəhid olublar.
Komandir gözlərinin yaşını əlinin arxası ilə silərək ona  ürək-dirək verdi:
- Qardaş, sən ölməyəcəksən! Sən ölümdən qorxmursan! Sənin yerin cənnətdir! - deyə Allahyarın yenidən saçlarını sığalladı və dəsmalı ilə cöhrəsindəki puçurlanmış tər damcılarını sildi.
Allahyar sonuncu dəfə dərindən nəfəs saldı və gözlərini yumdu. Komandir:
-    Allahyar! Allahyar! - deyib yenidən ucadan qışqırdı! Onun səsi və hayqırtısı "Qızılqaya"nın qayalarına çırpılıb və əks-səda verirdi. Sanki o, Allaha yalvarırdı ki, Allahyar ölməsin!  
... Döyüş  başa çatdı. Uşaqlar eşidəndə ki, Allahyar "Qızılqaya" uğrunda gedən əməliyyatda həlak olub, elə bil ki, onların beli qırıldı. Amma onların beli qırılmamışdı, həm də Allahyarın yaşadığı kəndin çox adamının beli qırılmışdı, dizi bükülmüşdü və gözləri kədərlə dolmuşdu...
Allahyarın sonuncu döyüşü bir əfsanə kimi uzun müddət danışıldı. Komandir deyirdi ki, mən belə döyüşkən oğlan görməmişdim... Mən belə şir ürəkli əsgər görməmişdim... Onu gördüm və qəti əmin oldum ki, Allahyar heç vaxt ölməyib... Allahyar heç vaxt düşməndən qorxub qaçmayıb... Və Allahyarı Allah çox sevdiyindən yüz dəfə ölməkdən qurtarıb... Bu dəfə də öz dərgahına aparıb...
FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK