viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Üçcildlik haqq sözü Adalet.az | Üçcildlik haqq sözü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Üçcildlik haqq sözü

15081    |   2018-02-27 00:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"XalqBank"ın böyük maraqla qarşılanan "Xalq Əmanəti" layihəsi çərçivəsində
bu dəfə "Aşıq Ədəbiyyatı Antologiyası" işıq üzü gördü

Azərbaycan xalqının zəngin mədəniyyətinə və incəsənətinə böyük ehtiramla yanaşan "XalqBank" ASC "Aşıq Ədəbiyyatı Antologiyası" toplusunu nəşr edib. Mədəni irsimizin sütunlarından hesab olunan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik "Aşıq poeziyası", "Məhəbbət dastanları" və "Qəhrəmanlıq dastanları" kitablarından ibarətdir. Bu, maraqla qarşılanan "Xalq Əmanəti" layihəsinin sayca on altıncı nəşridir.

Neft kapitalı insan
kapitalına belə çevrilir

"Aşıq Ədəbiyyatı Antologiyasi"nın "XalqBank"ın Baş ofisindəki Bədii Qalereyada keçirilən təqdimat mərasiminə aparıcılıq edən millət vəkili, akademik, Əməkdar elm xadimi Nizami Cəfərov bildirdi ki, ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verən "Xalq Bank" mədəni irsimizin xarici ölkələrdə təbliği və gələcək nəsillərə ötürülməsi üçün də təqdirəlayiq addımlar atır. "Xalq Əmanəti" layihəsi çərçivəsində bu günə kimi görülən işlər ən xoş sözlərə layiqdir: "Bu, həm də dövlət başçımızın irəli sürdüyü "Neft kapitalını insan kapitalına çevirək!" fikrinin reallaşması üçün "Xalq Bank"ın gördüyü mühüm işlərdəndir".
Nizami Cəfərovun sözlərinə görə, Dədə Qorquddan günümüzə qədər gəlib çıxan aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilməsi xalqımızın qədim mədəniyyətə malik olmasına verilən yüksək dəyərdir: "Aşıq sənətinin dünya miqyasında tanıdılmasında və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır".
Akademik qeyd etdi ki, "Aşıq Ədəbiyyatı Antologiyası" nüfuzlu alimlərdən formalaşan işçi qrupunun böyük tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən -"Aşıq poeziyası", "Qəhrəmanlıq dastanları", "Məhəbbət dastanları"ndan ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Antologiyada həm də müəllifi məlum olmayan əsərlər, arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb.
Antologiyanın tərtibçilərindən biri və elmi redaktoru Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək bildirdi ki, sazın-sözün əzəli və əbədi missiyası xalqın dilini, ruhunu yaşatmaq, tarixi-mənəvi kimliyini, etnoqrafik yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə özünəməxsusluğunu, könül gözəlliklərini sirli-sehrli bir ecazkarlıqla sabahlara daşımaqdır: "Yüz illərin uzaq dərinliklərində möhtəşəm oğuznamələri düzüb qoşan alp ozanların könül yadigarları bu gün bizim üçün ona görə əzizdən əzizdir ki, onların hər kəlməsində dilimizin, ruhumuzun, mənəvi varlığımızın aydınlığını, duruluğunu, yenilməzliyini görə bilirik. Aşıq sənəti mənsub olduğu xalqın mənəvi gücünü qürurla daşıması, yeni nəsillərə təlqin edib mənimsətməsi milli varlığımızın, o cümlədən istiqlal və dövlətçilik düşüncəmizin qorunub möhkəmləndirilməsində mühüm rol oynamaqdadır. Aşıq poeziyamızın, eləcə də dastanlarımızın bir özəlliyi də ondan ibarətdir ki, saz-söz yaddaşında vətən coğrafiyası, tarixi yurd yerlərimiz, müqəddəs ulu torpaqlarımız sıx-sıx yer alıb. Dastan qəhrəmanlarımız Təbrizdən, İrəvandan, Dərbənddən, Tiflis-Borçalıdan, Göyçədən, Qarsdan, Urmiyadan, Mərənddən hərəkətlənib yaxın-uzaq elləri dolaşırlar. Yüzilliklərdən gələn aşıq poeziyası Azərbaycanın tarixi coğrafiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqlardandır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşıb".
Məhərrəm Qasımlının fikrincə, "Aşıq haqq aşığıdır", "aşığa zaval yoxdur", "aşığın dilinə yasaq yoxdur", "aşığın sözü haqq sözüdür", kimi daşlaşmış el kəlamlarından aşığın cəmiyyətdə, el-oba arasında nə qədər böyük tarixi status, mötəbər mövqe daşıdığı aydın görünməkdədir: "Əlbəttə, belə yüksək ehtiramın çeşidli səbəbləri var. Burada xalqın tarixi-mədəni yaddaşını qoruyub daşımaqdan tutmuş, zəngin həyat təcrübəsindən gələn müdrik kəlamlarla, hikmətamiz ustadnamələrlə çevrə-dəkilərin mənəvi tələbatını ödəmək, lirik-aşiqanə qoşma-gəraylılarla gözəllik və məhəbbət zövqü aşıla-maq kimi çoxsaylı amillər əsas rol oynayıb".
Aşıqlar Birliyinin sədri nəfis şəkildə hazırlanan antologiyanın ərsəyə gəlməsinə göstərdiyi maddi və mənəvi dəstəyə görə "Xalq Bank"ın rəhbərliyinə, əziyyəti olan hər kəsə minnətdarlıq etdi.
Tanınmış ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev üç cilddən ibarət "Aşıq Ədəbiyyatı Antologiyası"nın işıq üzü görməsini mühüm mədəni hadisə kimi dəyərləndirdi: "Artıq bir neçə ildir ki, "Xalq Bank"ın Bədii Qalereyası mənəviyyatımızı, mədəniyyətimizi təbliğ edən bir mərkəzə çevrilib. Özəl şirkətin bu yöndə fəaliyyəti gözəl nümunədir. Təqdimatına toplaşdığımız "Aşıq Ədəbiyyatı Antologiyası" saz-söz sənətinin təbliğinə, yaşadılmasına öz töhfəsini verəcək".
Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı da "Xalq Əmanəti" layihəsi çərçivəsində ərsəyə gələn üçcildliyin gələcəkdə araşdırmaçılar üçün dəyərli və ciddi elmi mənbə olacağına inandığını bildirdi.

Poeziya, Məhəbbət və
Qəhrəmanlıq bir arada

"Xalq Əmanəti" kimi mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan üçcildlik "Aşıq Ədəbiyyatı Antologiyası"nin birinci cildi "Aşıq poeziyası" adlanır. Kitabda Dədə Qorquddan başlayaraq Yunus Əmrə, Qurbani, Aşıq Qərib, Abbas Tufarqanlı, Qaracaoğlan, Xəstə Qasım, Ağ Aşıq, Dadaloğlu, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Sona, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Mikayıl Azaflı, Narınc Xatun, Aşıq Pənah, Bəhmən Vətənoğlu, Aşıq Ədalət, Aşıq Rza Qobustanlı, Aşıq Haşım Qubalı, Aşıq Ulduz Sönməz, Aşıq Əhliman Şirvanlı, Gülarə Azaflı da daxil olmaqla 168 saz-söz sənətkarının yaradıcılığından nümunələr yer alıb. Bəzi materiallar antologiyaya ilk dəfə daxil olunub.
İkinci cild "Məhəbbət dastanları" adlanır. Bu kitabda dastanlaşan ilahi məhəbbət abidələri - "Yetim Aydın", "Aşıq Qərib", "Şah İsmayıl", "Abbas və Gülgəz", "Əsli və Kərəm", "Arzu və Qənbər", Tahir və Zöhrə", "Valeh və Zərnigar" və s. yer alıb.
Antologiyanı "Qəhrəmanlıq dastanları" tamamlayır. Sonuncu cilddə "Koroğlu", "Qaçaq Kərəm", "Qaçaq Süleyman", "Qara Tanrıverdi", "Hacı Tağı", "Qandal Nağı", və "Səttarxan" dastanları təqdim olunub.
Antologiyanın tərtibçiləri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru Mahmud Allahmanlı, nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızıdır. Bədii tərtibat və dizayn Tərlan Qorçunundur. Antologiyada Xalq rəssamı Arif Hüseynovun illüstrasiyalarından istifadə olunub və "Xalq Əmanəti" layihəsi çərçivəsində hədiyyəlik nəşr edilib.
Xatırladaq ki, "Xalq Əmanəti" layihəsi "Xalq Bank" ASC-nin ideyası kimi 2010-cu ildən etibarən həyata keçirilir. Rafiq Həşimovun rəhbərlik etdiyi layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihənin redaktoru Səlim Babullaoğludur. "Xalq Əmanəti"ndə nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə edilir.
Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı işıq üzü görüb.



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK