adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Oktyabr 2017 11:25
34244
ELM VƏ TƏHSİL
A- A+

"Elm aylığı" UNEC-də elmi tədqiqatların keyfiyyətini artıracaq

UNEC-də ənənəvi "Elm aylığı"na start verilib.

"Elm aylığı" nın ilk günündə rektor, professor Ədalət Muradov bildirib ki, məqsəd elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və fikirmübadiləsi aparmaqdır. Də bu-UNEC istiqamətdə mühüm addımlar atıldığını, nailiyyətlər əldə edildiyini diqqətə çatdıran rektor, alimlərin tədqiqatlarını Ictimai müzakirəyə çıxarması məqsədilə yaradılandiskurs.azvirtual iqtisadi Forumu, eləcə də ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanan "UNEC Ekspert" jurnalından bəhs edib.

Ə.Muradov bildirib ki, UNEC-də ixtisassahələri üzrə5 tədqiqat mərkəzi yaradılıb ki, burada Avropa,eləcə də İslam iqtisadiyyatı üzrə araşdırmalar aparılır.Eyni zamanda Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfranslartəşkil olunur, elmi müzakirələr keçirilir.UNEC alimləri Azərbaycanda ilk dəfə olaraq regionda ənböyük layihə olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə Almaniya universitetlərində tədqiqat təcrübəsində iştirak ediblər.Differensial Əməkhaqqı Sistemində müəllimlərin reytinqini müəyyən etmək üçünelmi fəaliyyətə40% yer verildiyinə diqqət çəkən rektor, UNEC-də elmi nəşrlərin sayının son3 ildə 2,5 dəfə, xaricdə çap olunan məqalələrinisə 3,6 dəfə artdığını vurğulayıb.

UNEC rektoru universitetdə elmi tədqiqatların keyfiyyətinin daha daartırılması istiqamətində elm günlərinin əhəmiyyətli olacağını bildirib.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov "Stratejı Yol Xəritəsi -Elm-təhsil-innovasiya formatına keçid: dünya təcrübəsi və UNEC-də tətbiqi" mövzusunda məruzə ilə çıxış edib.Elmi-tədqiqat universitetinin vəzifələrindən danışan professor həminuniversitetlərin əsasında elm və təhsil fəaliyyətini eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsinin dayandığını qeyd edib.Professor bildirib ki, "Universitetlərdə elmi fəaliyyətinmüasir idarəetmə modeli" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda Bakı Bəyannaməsi qəbul edilib.UNEC rektorunun rəhbərliyi ilə yaradılan işçi qrupu universitetlərdəelmi fəaliyyətin səmərəli idarəedilməsi, dünya təcrübəsinin öyrənilməsi istiqamətində təkliflər hazırlayaraq, Təhsil Nazirliyinə təqdim edəcək.

Tədbirdə UNEC-də elmi fəaliyyətin keyfiyyətinin artırılmasıistiqamətində təkliflər səsləndirilib.Bildirilib ki, universitetdə pedaqoji heyətlə tədqiqatçı alimlərinfəaliyyət istiqamətləri ayrılacaq.Bunun üçün tədris proqramlarında köklü dəyişikliklərə ehtiyac var.İqtisadiyyat üzrə Nobel mükafatçılarının dünyanın diqqət mərkəzində olduğuvurğulanaraq, UNEC-də "Elm aylığı" çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.2017-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatı laureatıRiçard Talerin "Davranış iqtisadiyyatı" kitabının Azərbaycan dilində UNEC-də tərcümə olunması təklif olunub.Növbəti illərdə də UNEC-də iqtisadiyyat üzrəNobel mükafatçılarının tədqiqatlarının tərçüməsinin həyata keçiriləcəyi bildirilib.Qeyd olunub ki, elmi işlərin təşkili sahələrüzrə təsnifləşdirilməli, elmi tədqiqatların prioritet istiqamətləri müəyyənləşdirilməlidir.Tədbirdə akademik tədqiqatçıların idarəedilməsi, akademik ekspertizanın təşkilibarədə də təkliflər səsləndirilib.

"Elm aylığı" çərçivəsində UNEC-dəAzərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının qatılacağı elmi seminar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr təşkil olunacaq.Eyni zamanda, TEDx beynəlxalq konfransının keçirilməsi dəUNEC-də təşkil olunan "Elm aylığı" na daxil edilib.