adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 10:52
88
MƏMLƏKƏT
A- A+

Taxılımız sahədə biçilməmiş qalıb...

Bu il hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində bütün kənd təsərrüfatı məhsullarına ziyan dəydiyi kimi, taxılçılığa da böyük zərbə  deyin. Yəni intensiv yağışlar və dolu bol məhsul yetişməsinə imkan verməyib.

Ona görə də bu gün ölkəmizdə taxılçılıqla məşğul olan fermerlər çətin vəziyyətlə üzləşib.Artıq bir çox taxıl sahələri yerə yatıb və həmin məhsulları bıçmək çətinləşib! Amma buna baxmayaraq yenə o fermerlər ümdlidirlər!Düşünürlər ki, taxılın yarısını da biçsələr az da olsa, məhsuladarlıq əldə edərlər! Amma  nə etmək olar ki, onların taxık sahəsini biçməyə  kombayn verilmir.Bu narahatlığı ən çox yaşayanlardan biri də Bərdə fermerləridi. Fermer Adil Əliyev deyir ki, beş hektar sahədə taxıl əkmişəm.

Dolu və yağıs məhsulumuzun çox hissəsini zay elədi.Bunlar hamısi aydındı.lakin aydın olmayan odur ki, Aqro-lizinq  bizə kombayn vermir. Deyirlər ki, gözləyin növbəsiniz çatanda kombayn göndərəcəyik . Əgər 3-4  günə kombayn gəlib çıxması heç məhsulumuzun 30 faizi də qalmayacaq. Bütün taxılımız məhv olacaq  və ziyan görəcəyik. Hələ də gözlərimiz yoldadır ki, kombaynlar nə vaxt gəlib çıxacaq! Nə isə ... Belə getsə, heç çəkdiyimiz xərci də çıxara bilməyəcəyik

Emil FAİQOĞLU