adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 10:05
81
İDMAN
A- A+

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.

Adalet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Köhlən atlar" ikinci matçında Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.