CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar”
“CineMastercard” kinoteatrlar şəbəkəsində 25 iyundan etibarən rejissoru Hakan Algül, ssenari müəllifi isə Gani Müjdə olan yeni türk komediyası “Başıbozuklar” nümayiş olunacaq.
Filmdə baş rolları Gonca Vuslateri, Mustafa Üstündag, Gözde Kansu, İpek Filiz Yazıcı, Halil Ibrahim Babür və Baran Bölükbaşı canlandırırlar.
Hadisələrin mərkəzində Alacatıya konsert verməyə yollanan “Başıbozuklar” musiqi qrupu dayanır. Lakin marşrutdakı taleyüklü səhv onları konsert məkanına deyil, Suriyadakı Amerika raket bazasına aparır. Gözlənilməz səfər qəhrəmanların təkcə həyatda qalmaq uğrunda mübarizə apardıqları deyil, həm də böyük bir böhranın qarşısını almağa çalışdıqları inanılmaz hadisələr silsiləsinə çevrilir.
Macəra və komediya elementlərini bir araya gətirən ekran əsəri özlərini yanlış zamanda və yanlış məkanda tapan insanların rəngarəng hekayəsini təqdim edir.
Tamaşaçıları dinamik süjet, gözlənilməz hadisələr və türk yumorunun parlaq nümunələri ilə yadda qalan koloritli personajlar gözləyir.
“Başıbozuklar” filmi Azərbaycanda eksklüziv olaraq yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Bu əyləncəli komediyanı böyük ekranda izləmək və qəhrəmanların inanılmaz hadisələrə şahid olmaq fürsətini qaçırmayın.
Digər Xəbərlər
24 Avqust 2026 12:30
Məşhur aktyorun anım günüdür
24 Avqust 2026 10:13
Bakıda axşam konsertləri təşkil edilib
23 Avqust 2026 23:54
Xalq artisti Tofiq Bakıxanov vəfat etdi
23 Avqust 2026 23:05
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
21 Avqust 2026 17:32
Bakıda “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi açıldı
18 Avqust 2026 16:53
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
18 Avqust 2026 13:52
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır - FOTOLAR
18 Avqust 2026 13:43


Bakı -°C

